Fetta  Sadixov hekimtap.az

Fetta Sadixov

Surgeon

Baku

About doctor

8 iyun 1969-cu ildə  Lerik rayonu, Blaband kəndində anadan olub.
1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Bu müddət ərzində 20-dən artıq elmi məqalənin və  1 metodik  tövsiyyənin  müəllifidir.

Education

1976-1986-cı illərdə  Lerik rayonu Blaband kənd orta məktəbində təhsil alıb.

1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Ι Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1995-ci ildə həmin fakultəni  “Müalicə işi” ixtisası üzrə yüksək müvəffəqiyyətlə bitirib, həkim ixtisasına yiyələnib.

1995-1996-cı illər ərzində A.T.Abbasov adına şəhər onkoloji dispanserində “cərrah” ixtisası üzrə internatura kursunu bitirib.

2000-ci ildə müsabiqə yolu ilə akademik M.A.Topçubaşov adına ETKTİ-nun “Cərrahiyə” ixtisası üzrə aspiranturasına daxil olub.

Endokrin vəzilərin cərrahi xəstəliklərinə dair, xüsusən böyrəküstü vəzilər üzərində elmi tədqiqat işləri aparıb.

2004-cü ildə “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların kompleks diaqnostikasının və cərrahi müalicəsinin uzaq nəticələrinin yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 

Experience

1996-2000-ci illərdə Sabunçu rayonu,12№-li şəhər poliklinikasında   cərrah-onkoloq vəzifəsində işləyib.
2003-cü ildən 2010-cu ilə qədər həmin institutun endokrin cərrahlığı şöbəsində elmi işçi vəzifəsində çalışıb.
2011-ci ildə müsabiqə yolu ilə endokrin cərrahlığı şöbəsinin müdiri vəzifəsinə seçilib. 

Fetta Sadixov

Choose time

Write you telephone number

By applying you accept

rules of service