Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Dentist

15 years of experience

Baku
Parodontit
 hekimtap.az

Parodontit

Author: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
5951

Published: 17.11.2019
Rauf Məmmədov

PARODONTİT NƏDİR?

Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyə dönməz proseslər meydana gətirə bilirlər. Bununla da dişlərin laxlaması və nəticədə itirilməsi baş verir. Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə asan və effektiv şəkildə müalicə oluna bilirlər. Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir.

PARODONTİTİN YARANMA SƏBƏBİ NƏDİR?

Parodont xəstəliklərinin baş verməsinin əsas iki səbəbi bakteriyalar və diş daşlarıdır. Bu problemlərin həll olunması parodont xəstəliklərinin müalicəsinin əsas təməl prinsiplərini təşkil edir. Parodontit üçün bütün parodont toxumalarının zədələnməsi xarakterikdir. 
Xəstəliyin yüngül,orta və ağır formaları ayırd edilir,kliniki gedişinə görə kəskin,xroniki və ağırlaşmış növləri mövcuddur.
 Kəskin parodontitə nadir hallarda rast gəlinir. Əksər hallarda infeksiya nəticəsində yaranır. Bəzi hallarda düzgün hazırlanmamış qapaqlar, körpüyəbənzər protezlər, düzgün aparılmamış ortodontik müalicə dişin bağ aparatını zədələyərək parodontitin yaranmasına səbəb olur. 
Xroniki parodontitə daha çox rast gəlinir. Xroniki parodontit uzunmüddətli gedişi ilə fərqlənir. Xəstəliyin gedişi orqanizmin müqavimətindən də asılıdır. 
Orqanizmin müqaviməti aşağı düşdükdə və prosesə ikincili infeksiya qoşulduqda xəstəlik daha da ağırlaşır. İltihabi prosesin yayılmasından asılı olaraq parodontitlər yerli və yayılmış formada aşkar edilir. Yerli parodontit zamanı bir və ya bir neçə diş nahiyəsində parodontun zədələnməsi baş verir. Bir çox hallarda düzgün qoyulmamış plomb buna səbəb olur. Diş çöküntüləri, ayrı-ayrı dişlərin həddindən artıq yüklənməsi,dişlərin anomaliyaları,ortopedik-ortodontik konstruksiyaların düzgün hazırlanmaması,çıxan protezlər hazırlayan zaman klammerlərin düzgün seçilməməsi parodontitin yaranmasına gətirib çıxarır.


Rauf Məmmədov

Choose time

Write you telephone number

By applying you accept

rules of service