Abdulla  Shixlinski hekimtap.az

Abdulla Shixlinski,Birinci dərəcəli həkim

Psychiatrist

Birinci dərəcəli həkim

35 years of experience

Baku
Ahıl yaşların psixozları
 hekimtap.az

Ahıl yaşların psixozları

Author: Psixiatr Abdulla Şıxlinski
4747

Published: 05.09.2019
Abdulla Shixlinski

Yaş insan şəxsiyyətinin inkişafında böyük izlər qoyur.Təsadüfi deyildir ki, xalq arasında belə ifadələr geniş yayılmışdır:
1) Qocalıq sevinc gətirmir.
2) Qocalarsan, cavanlığın qədrini bilərsən və s. 

Qocalıq insan ömrünün payızı da adlandırılır.Lakin hər payız “qızıl payız” olmur. Bədii ədəbiy-
yatda da  qocalığı təsvir edərkən yazıçılardan çoxu bu problemi ətraflı işıqlandırmışlar. Məşhur rus yazıçısı Qoqolun sözləri ilə desək, bir ehtiraslı gəncə onun qocalıq şəklini göstərsən, o, haray çəkərək deyər ki, bu mən deyiləm. Qocalıq insanı bioloji və psixi cəhətdən kəskin dəyişir. Belə bir bədii əsər mövcuddur: “Qum karyerinin generalları”. Ekranda cavan qız qocalıq haqqında danışarkən get-gedə dəyişir, sanki o, danışdıqlarının təsiri altında , doğrudan da, qocalır, xarici mühiti başqalaşır.Lakin bütün bunlar o demək deyildir ki, istənilən qocalıq marazm, xəstəlik, psixiatrik klinika ilə nəticələnir.Nizami Gəncəvi məşhur “İsgəndərnamə” əsərini yaznda onun 60, Mikelancelo Romada müqəddəs Pyotr kilsəsinin tikintisinə rəhbərlik edərkən 80, Tsian oz gözəl əsərlərini yazarkən 89 yaşı vardı.Yaradıcılıq qabiliyyətlərini qoca yaşlarında Pavlov, Lev Tolstoy, Bernard Şou gözəl saxlamışlar.Gete özünün “Faust” əsərini 77 yaşında yazmışdır.Lakin qocalıq öz işini görür.O, insanı dəyişir. 50 yaş artıq qocalığın “giriş qapısı” adlandırılır.
Qocalıq prosesi çox fərdidir.Orqanizmdə gedən neyrobioloji dəyişikliklərin nəticəsində yaşlı insanlarda müxtəlif qocalıq psixozları formalaşa bilir: 
1.Qocalıq paranoidi.Presenil və senil paranoidi aşkar edilir.İnsanda kədərli həyəcanla müşayət olunan oyanma özünün yüksək zirvəsinə çatır.Tədricən sayıqlama ideyaları yaranmağa başlayır. Bu dövr üçün ən xarakterik olan sayıqlama ziyan sayıqlamasıdır. Xəstələr qeyd edirlər ki, onrın evlərindən  əşyalar daima yoxa çıxır, guya ki, onların yaxın qohumları, bir yerdə yaşadıqları insanlar onların əmlaklarını, evlərini əllərindən almaq istəyirlər. Qonşular onların mənzilinə ziyan vurmaq məqsədilə yanğın törədir, qapılarına çirkli əşyalar atırlar.Xəstənin sayıqlamaları heç bir tənqidə, izahata tabe olmur və qeyri-sistem xarakteri daşıyır. Çox vaxt sayıqlamalarla birlikdə görmə və eşitmə halyusinasiyaları müşahidə olunur.
2.İnvolyusion melanxoliya. Ən çox qadınlarda müşahidə olunur.Daxili gərginlik, həyəcan, bütün ruhi aləmin titrəmə hissiyatı müşahidə edilir.Evdən müəyyən bir adam bir yerə çıxıb gedəndə xəstələr fasiləsiz olaraq “ona ,görəsən, nə olacaq”,”birdən başına bir iş gələr” və başqa suallarla fasiləsiz olaraq ətrafdakılara müraciət edirlər. Yuxu pozulur, daimi gərginlik fonunda şiddətli baş ağrıları, müxtəlif somatik xəstəliklərin kəskinləşməsi özünü göstərir.Xəstəliyin ən yüksək mərhələsində xəstələrdə niqilistik sayıqlama-Kotar sindromu yaranır: dünya tez bir zamanda dağılacaq, bədbəxtçilik mütləqdir, heç nə ilə yuyula bilməyən biabırçılıqlar yaranacaq. Bunların hamısında
xəstə özünü günahkar edir və fikirləşir ki, bu günahları üçün onu cəzalandırmaq lazımdır.Ətrafdakılardan onu öldürməyi xahiş edir, daxili orqanlarının çürüdüyünü qeyd edir.
3.Qocalıq demensiyası 2 cür olur: Porsial və total.Əlamətləri: Proqressivləşən yaddaş pozğunluqları. Yaddaş  hər şeydən əvvəl indiki hadisələrə pozulur.Buna fiksasion amneziya deyilir.Xəstə səhər yediyi yeməyi dərhal unudur, sual verdikdə səhər heç bir şey yemədiyini qeyd edir. 5 dəqiqə bundan əvvəl özünü xəstəyə təqdim etmiş həkimin soyadını deyə bilmir.Belə xəstələr xəsis, hər şeydən şübhələnən, acıqlı, eqoist olurlar.Rus ədəbiyyatının ən məşhur personajlarından olan Plyuşkin patoloji qocalığın ən bariz nümunəsidir.Plyuşkin heç nəyi tullamır, köhnə əşyaları küçədən yığıb evinə gətirir, stolun üstündə olan köhnə konfet kağızlarını cibinə doldurub onları
atmaqdan imtina edir.Başqa bir nümunə məşhur alman filosofu Emmanuel Kantdır.Yaşı artdıqca Kant çox şeyləri unutmağa başlamışdır.Ömrünün son illərində yaddaş pozğunluğu o qədər dərinləşmişdir ki, Kant görəcəyi işlərin siyahısını tərtib etmədən heç bir yadına sala bilmirdi.

Diaqnostika

Xəstəliyin diaqnozu yalnız həkim-psixiatr tərəfindən kliniki-psixopatoloji müayinə,KT, MRT, EEQ müayinələrinin cəm şəklində nəticələri əsasında qoyulur.Yaşlı adamlarda çoxlu miqdarda somatik xəstəliklərin ( hipertoniya, şəkərli diabet, ağ ciyər,ürək çatışmazlığı ) olması mütləq nəzərə alınmalıdır.Çünki somatik xəstəliklərin müalicəsi həyata keçirilmədən heç bir psixozun müalicəsin-
dən söhbət gedə bilməz.Sosial-reabilitasion tədbirlər çox zəif nəticə verir. Proqnoz pessimistikdir.


Abdulla Shixlinski,Birinci dərəcəli həkim

Choose time

Write you telephone number

By applying you accept

rules of service