1998-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura bitirərək ümumi cərrah ixtisası almışdır.
2007-ci ildən Respublika Klinik Xəstəxanasında Üz-çənə cərrahı vəzifəsində və eyni zamanda paralel olaraq Lor Hospitalda çalışır.