Lala  Mirzakhanova hekimtap.az

Lala Mirzakhanova,PhD

Сardiologist

Tibb elmləri namizədi

15 years of experience

Baku

About doctor

Dr. Lalə Mirzəxanova (Quliyeva) Bakı şəhərində anadan olub. Həkimin 30-a yaxın elmi məqalələri yerli və xarici jurnallarda dərc olunub. Tibb üzrə fəlsəfə doktorudur. "Yaşlı və ahıl xəstələrdə koronar arteriyaların stentləşdirilməsinin ürəyin işemik xəstəliyinin gedişatına təsiri” elmi işini müdafiə etmişdir. Rus, Azərbaycan və İngilis dillərində pasiyentlər ilə mehriban ünsiyyət qura bilir. Azərbaycanın ilk qadın invaziv-kardioloqu olub. Что? Где? Когда? İntellektual oyunlarının iştirakçısı və klubun üzvüdür.

Education

 – 134 nömrəli orta məktəbdə ilk təhsili alıb. Sonra Q. Məhmudbəyov adına Texniki –humanitar Liseyində oxuyub və 1997-ci ildə fərqlənmə diplomu ilə bitirib.
 – 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.
 – A.N.Bakulev adına Ürək-damar Xəstəliklərin Elmi Cərrahiyə Mərkəzi (Moskva ş. Russiya )

Executed procedures

 – Check-Up;
 – Ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikası;
 – Elektrokardioqrafiya (EKQ);
 – Exokardioqrafiya;
 – Stress test (Tredmill Test);
 – Anju, Ürək-damar Angioqrafiyası (Koronar Angioqrafiya);
 – Böyrək damarlarının angioqrafiyası (Renal angioqrafiya);
 – Aşağı ətrafların angioqrafiyası ( Periferik angioqrafiya);
 – Balon angioplastikası;
 – Stent implantasiya.

Treatment of diseases

 – Hipetoniya xəstəliyi;
 – Ürəyin işemik xəstəliyi (Müxtəlıf tipli stenokardiyalar və Miokard infarktı);
 – Müxtəlif tip aritmiyalar;
 – Ürək çatışmazlığı;
 – Miokardit;
 – Perikardit;
 – Şəkərli diabet olan pasiyentlərdə ayağlarında yaranan patalogiyaların (diabetik pəncə ) invaziv diaqnostika və müalicəsi;
 – Qalxanvari vəzin patalogiyalarında ürəkdə yaranan dəyişikliklərin korreksiyası;
 – Ürəyin klapanlarına bağlı olan patalogiyaların müşahidə altına alınması və medikamentoz müalicəsi.

Experience

2004-cü ildən Mərkəzi Neftçilər Xəstəxanasında çalışır.

Lala Mirzakhanova,PhD

Choose time

Write you telephone number

By applying you accept

rules of service