Turan Eliheyderova

Psychologist

4 years of experience

Uşaqlarda inkişaf geriliyi
 hekimtap.az

Uşaqlarda inkişaf geriliyi

Author: Psixoloq Turan Əliheydərova
18203

Published: 09.08.2018
Turan Eliheyderova

Uşaqlarda inkişaf geriliyi – ümumi məlumat

Uşaqlarda inkişaf geriliyi müasir valideynlər üçün aktual problemlərdən biridir. Bu məqalədə inkişaf geriliyinin növləri, onların müalicı metodları barədə danışacağam.

Uşağın inkişafdan qalması xarakterinə görə bir neçə növə ayrılır:

  • Nitq inkişafının ləngiməsi
  • Psixonitq inkişafının ləngiməsi
  • Psixi inkişafın ləngiməsi
  • Psixomotor inkişafın ləngiməsi.

İndi isə bu inkişaf geriliyi növlərinə ayrı-ayrılıqda nəzər salaq.

Uşaqlarda nitq inkişafının ləngiməsi

Nitq inkişafda olan uşağın əsas inkişaf göstəricisidir. Bu, balaca insanın ətraf mühiti adekvat qavramasından və onunla qarşılıqlı əlaqədə olmağa hazılığından xəsəb verir.

Bu cür ünsiyyət forması yalnız insanlara xasdır.

Ona görə də uşaqda nitqlə bağlı problemlər yaranarsa, bu, narahatçılıq üçün ciddi səbəbdir.

Uşaqlarda nitq inkişafının ləngiməsi növləri

  • Afaziya
  • Alaliya
  • Dizartriya
  • Kəkələmə
  • Mutizm
  • Sudrimutizm
  • Rinolaliya
  • Mexaniki displaziya

Bu problemlərin erkən diaqnostikası müvafiq müalicənin aparılmasına, bəzi hallarda isə onalrdan tamailə qurtulmağa şərait yaradır.

Nitq inkişafının müalicəsi üçün nevroloqun təyin etdiyi preparatlardan, müasir apparat prosedurlarından, eləcə də defektoloq, psixoloq və loqopedlərin dəstəyi ilə aparılır.

Psixonitq  inkişafının ləngiməsi

Nitq inkişafı ləngiməsinin vaxtında korreksiya olunmaması daha ağır problemə psixonitq inkişafı ləngiməsinə gətirib çıxara bilər.

Nitq inkişafı ləngiməsindən fərqli olaraq, psixonitq inkişafının ləngiməsi diaqnozu 5 yaşından yuxarı uşaqla qoyulur. Son on ilin statistikasına görə, hər beş uşaqdan biri psixonitq inkişafı ləngiməsinin bu və ya digər formasından əziyyət çəkir.  

Təhlükə ondan ibarətdir ki, məlum olduğu kimi, insan beyni 8 yaşınadək formalaşır. Və əgər diaqnoz çox gec qoyularsa, bir çox proseslər geridönməz ola bilər. Ona görə də valideynlər övladlarına qarşı çox diqqətli olmalı, normadan kənaraçıxmalar müşahidə edilərsə, mütəxəssisə müraciət etməlidirlər.

Bir qayda olaraq, psixonitq inkişafındakı ləngimələr nitq ləngimələrindən irəli gəlir.  Buna müxtəlif xəstəliklər, stresslər, hamiləlik dövründə ana və uşağın zəhərlənməsi, perinetal periodda hipoksiya, doğuşun ağır keçməsi, doğuş zamanı müxtəlif problemlər – ilk növbədə, mərkəzi sinir sisteminin zədələnmsəinə səbəb olan travmalar, uşağın erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər və s. səbəb ola bilər.

Psixonitq və nitq inkişafı ləngiməsinin müalicəsində apparat terapiyası, psixoloji seanslar və loqopediq hərəkətlərdən istifadə edilir.

Uşaqlarda psixi inkişaf ləngiməsi

Bu problem uşağın yaddaş,  diqqət, təfəkkür, həmçinin emosional-iradə sferası formalaşması  probləmləri ilə xarakterizə olunur. Bir qayda olaraq, psixi inkişaf geriliyi diaoqnozu məktəbəqədər və ya daha az yaşlı olan uşaqlara qoyulur.

Psixi inkişaf ləngiməsinin müalicəsi mürəkkəb proses olub, yalnız düzgün yanaşma zamanı korreksiya edilir.  Psixi inkişaf ləngiməsi pedaqoqların , psixoloqların və əlbəttə ki, valideynlərin cisddi səyi nəticəsində aradan qaldırıla bilər.  

Motor inkişafın ləngiməsi

Bu kənaraçıxma uşağın 1 yaşına qədər aşkar olunur. Digər uşaqlar başını saxladığı oturduğu, dayandığı və ya yeridiyi təqdirdə, sözügedən problemdən əziyyət çəkən uşaqlar bu hərəkətləri yerinə yetirə bilmir.

Bəzən sadalanan problemlər özü-özlüyündə aradan qalxır, lakin bir çox hallarda isə uşağa təcili mütəxəssis müdaxiləsi tələb olunur. Yalnız belə olan halda uşaq gələcəkdə normal həyat tərzi sürə bilər.

Motor inkişafın ləngiməsi müntəzəm massaj kursları, fizeoterapiya, həmçinin dərman preparatları (nootoplar da daxil olmaqla) ilə korreksiya edilir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Turan Eliheyderova

Choose time

Write you telephone number

By applying you accept

rules of service