Xeyale  Tehmezi hekimtap.az

Xeyale Tehmezi,PhD

Obstetrician-gynecologist

Tibb üzrə fəlsəfə doktoru

23 years of experience

Baku
Çoxdöllü hamiləliklərə nəzarət
 hekimtap.az

Çoxdöllü hamiləliklərə nəzarət

Author: Xəyalə Təhməzi
8889

Published: 17.12.2017
Xeyale Tehmezi

Son 30 ildə çoxdöllü hamiləliyin yayılması istiqamətində  insan evalyusiyasında çox böyük yatirogen dəyişikliklər baş vermişdir.

İnkişaf etmiş ölkələrdə çoxdöllü  hamiləliklərin rastgəlmə tezliyi 3 dəfə artaraq ümumi doğuşların 3% -ni təşkil edir. Statistik göstəricilərə görə hər 100 cüt əkiz hamiləlikdən 70-i diziqot, 30-u monoziqot əkiz hamiləlik olur. USM-də  bir xorion aşkarlanarsa monoziqot, iki xorion aşkarlanarsa  diziqot hamiləlik kimi dəyərləndirilir. Rastgəlmə tezliyinə görə diziqot əkiz ehtimalı 87,5% , monoziqot 12,5%  təşkil edir. 

Diziqot əkiz hamiləlik iki fərqli oositdən yaranır. Müxtəlif  ölkələrdə  rastgəlmə tezliyi fərqlidir. Belə ki, Avropa ölkələrində  diziqot əkiz hamiləliklərin rastgəlmə tezliyi hər 1000 doğuşa 7-12-dir (7-12/1000 doğuş). Belə hal  daha  çox ana xətti üzrə meyillik, təkrar doğuşlar, yuxarı yaş qruplarda, yumurtalıqların stimulyasiyasından sonra, hormonal kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonra yarana bilir.

Monoziqot əkiz hamiləlik bir ziqota, morula yaxud blastosistadan bölünmə prosesində meydana çıxır. İrsiyyət qeyd edilmir. Rastgəlmə tezliyi demək olar ki, bütün dünyada eynidir.

İlk 3 gün ərzində morulanın bölünməsindən DX/DA, 4-8-ci günlərdə blastosistanın bölünməsindən MX/DA, 8-13-cü günlər -MX/MA, blastosistanın 13-cü günündən sonra bölünməsi baş verərsə SİAM əkizləri meydana çıxır.

Çoxdöllü hamiləliklər - HekimTap

Əkiz hamiləlikdə baş verə biləcək ağırlaşmalar

Düz olmayan gəlişlər 50 %, vaxtından əvvəl doğuş 40 %, dölyanı mayenin vaxtından əvvəl axması 5-15 %, hipertenziya 15 %, preeklampsiya 5-25 %, doğuşdan sonra qanaxmalar 6-22 %, cift gəlişi 1 %, ciftin vaxtından əvvəl qopması 2-6 %, uşaqlıq boynu çatmazlığı 2 %, hestasion diabet 7 %, göbək ciyələinin dolaşması (MX/MA) 50-70 %, hipotrofiya 15-50 %, discordant böyümə 14-29 %, anadangəlmə anomaliyalar 6-10 %, transfuziya sindromu 1-2 %, revers arterial perfuziya (nadir hallarda).

Çoxdöllü hamiləliyə nəzarət

 - Hamiləliyin 10-14 həftəsinə qədər xorion  sayını dəqiqləşdirmək lazımdır;
 - Hamiləliyin ilk 3 aylığında fol  turşusu və dəmir preparatları təyin edilməlidir;
 - Hamiləliyin 18-20-ci həftəsində USM (anomaliyalar ,uşaqlıq boynunun ölçülməsi);
 - Hamiləliyin 34-cü həftəsinə  qədər vaxtından əvvəl doğuş təhlükəsi  olarsa qlükokortikoidlərin təyini;
 - Hamiləliyin 26-cı həftəsindən başlayaraq USM və DOPPLER üsulu ilə göbək ciyəsi arteriyasında qan axını 2-4 həftədə bir yoxlamaq.

* Vaxtından əvvəl doğuşun qarşısı alınması məqsədilə qospitalizasiyanın effektliyi sübut edilməyib! 

USM
Çoxdöllü hamiləliyə şübhə olduqda təkrar usm uzatmağa ehtiyac yoxdur. Hamiləliyin 8-ci həftəsindən tez olmayaraq 2 müsbət ürək vurğusu olan döl yumurtası aşkarlanarsa diaqnoz təsdiqlənmiş olur.

USM həcmi
Döllərin sayı, anatomiyası, fetometriyası, dölyanı mayenin miqdarı, döllərin yerləşməsi (xüsusilə 3-cü üçaylıqda), ciftin vəziyyəti, xorionallıq (müxtəlif cift DD/DA), zirvə əlamətinin olması DX/DA, qalın arakəsmə (2 mm  dən böyük) olarsa çox güman ki DX/DA, nazik arakəsmə olarsa (2mm dən az) MX/DA əkiz olması əlamətidir. Amnion qişaya görə nazik arakəsmə varsa MX/DA, arakəsmə yoxdursa MX/MA.

Yalnız çoxdöllü hamiləliyə xas olan ağırlaşmalar: diskordant  boy inkişafı (qeyri -bərabər) , transfuziya sindromu, yapışmış döl sindromu, monoamniotik əkizlər, döllərdən birinin ölümü (embolizasiya sindromu) , döllərin bitişməsi(siam əkizləri).

Diskordant (qeyri-bərabər) boy inkişafında kiçik dölün çəkisi 20-25 % geri qalır. Çox vaxt kiçik döl tələf olur. Səbəbi isə  konstitusional  müxtəliflik, plasentar çatışmazlıq, transfuziya sindromu və.s  göstərilir. 

Transfuziya sindromu-arteriovenoz anastamozlar vasitəsilə qan bir döldən digərinə ötrülür (donor respient). Belə hal  6-7 cüt  MX əkizlərdən 1-də rast gəlinir. USM vasitəsilə aşkarlanır. USM əlaməti qeyri-bərabər inkişaf, ölçücə iri olan döldə çoxsululuq, bəzən ölçücə iri olan döldə ödemin olması, ölçücə kiçik olan döldə azsululuq, yapışmış kiçik döl, döllərdən birinin yaxud hər ikisinin ölümü ola bilər.

Transfuziya  sindromunun müalicəsi:
 - Yüksək səviyyəli doğum evlərində xüsusi şəraitdə aparıla bilər.Beləki  bu sindrom adətən hamiləliyin  15-16 -cı həftələri arası yaranır.Müalicə üsulu kimi lazer  fotokoaqulyasiyası, amnioreduksiya , arakəsmənin perforasiyası kimi üsullardan  istifadə edilir.
 - Monoamniotik əkizlərdə 70% hallarda  göbək ciyəsinin dolaşması kimi  döllər üçün  həyati təhlükə yaradan fəsada rast gəlinir. Bu səbəbdən hamiləliyin 32-34 həftəsində belə hamiləlik kesər kəsiyi ilə tamamlanmalıdır.

Döllərdən birinin ölümü:
 - Belə ağırlaşma halı hamiləliyin ilk üçaylığında  döllərdən birinin yox olması ,ikinci üçaylıqda  döllərdən  birinin masserasiya (FETUS PAPYRACEUS) zədələnmə sindromu, embolizasiya (ventrikulomeqaliya), beynin atrofiyası, porensefaliya, bağırsağın atreziyası yaxud nekrozu, böyrək nekrozu kimi səbəblərdən  yarana bilər.

Doğuşun  aparılma taktikası:

Birinci döl baş gəlişində olduqda
 - Doğuş üçün hamiləliyin optimal müddəti 37-38 həftə;
 - Hər iki dölün fasiləsiz  monitorinqi;
 - Hamilələrin hamısına vena daxili kateter qoyulması;
 - Doğum fəaliyyətinin zəifliyi olarsa 1-ci döl doğulduqdan sonra oksitosin təyin edilə bilər;
 - Epidural analgeziyadan istifadə edilə bilər;
 - Neonatoloq və anestezioloqun (epidural anestezi olarsa) doğumda iştirakı ilə 2-ci 3-cü səviyyəli doğum evlərində doğuş aparılmalıdr;
 - 2-ci döl boylama vəziyyətindədirsə amniotomiya edilib doğuş müvafiq qaydada idarə olunur;
 - Əgər 2-ci döl boylama vəziyyətində deyilsə daxili korreksiya yaxud dölün ayağından ekstraksiya icra olunmaqla normal doğuş həyata keçirilir;
 - Doğumdan sonra Oksitosin damcı üsulu ilə doğumdan sonra qanaxmanın profilaktikası məqsədilə 2 saat müddətində təyin edilir.

Birinci döl baş gəlişində olmadıqda
 
- Hamiləliyin 38-ci həftəsində doğuşun dölün mühafizəsi naminə kesər kəsiyi ilə tamamlanmalıdır;
 - Üçdöllü hamiləlikdə isə 34 həftəlik hamiləlikdən tez olmayaraq cərrahi doğuş aparılır. Həmçinin belə hamiləlikdə hamiləliyin 30-cu həftəsindən sonra qospitalizasiya da ola bilər.

Əkiz döllə doğum zamanı bir və ikinci döllərin doğuşu arasında interval

Adətən birinci döl doğulduqdan iki dəqiqə sonra digər döl doğulur. Bəzən isə elə hallarla rastlaşa bilirik ki, birinci döl doğulur, lakin digər döllərin doğulması gecikir. Belə hallarda bəzən yanlış olaraq xəstəni təcili kesər kəsiyi əməliyyatına götürürlər. Lakin qeyd edək ki, birinci və digər döllərin doğulması arasında fasilə baş verərsə, xüsusən vaxtından əvvəl doğuşlarda vaginal müayinədən (tezləşmiş) çəkinmək lazımdır. Birinci dölün doğumundan sonra tokolitiklər, antibiotiklər bir həftə ərzində təyin edilə bilər. Eyni zamanda uşaqlıq yolundan yaxma götürülməli, ananın vəziyyətinə nəzarət məqsədilə temperatur ölçülməli, koaquloqrammaya nəzarət, vaxtından əvvəl doğuşa, ciftin vaxtından əvvəl ayrılması kimi fəsadları aşkarlamaq məqsədilə usm və laborator  monitorinqi  aparmaq tövsiyyə edilir. Eyni zamanda ananın və dölün vəziyyətinə gündəlik nəzarət də aparılmalıdr.

Beləliklə, yuxarıdakı ədəbiyyat məlumatlarının da araşdırılmasından məlum olur ki, çoxdöllü hamiləliklər hamiləliyin gedişi və doğum müddətində təkdöllü hamiləliklərlə müqaisədə daha çox ağırlaşmalara səbəb ola bilir. Bununlada kesər kəsiyi ilə doğumların çox olması, doğumdan sonrakı fəsadlar, hamiləliyin müxtəlif hestasiya müddətində antenatal itkilərin olması və yenidoğulmuşlarda nevroloji problemlərin çoxluğu ilə diqqəti çəkir. Bu baxımdan çoxdöllü hamiləliyin və doğumun aparılması mama ginekoloqlardan hər zamankından daha artıq diqqətli, tədbirli olmağı tələb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Xeyale Tehmezi,PhD

Choose time

Write you telephone number

By applying you accept

rules of service