Behruz  Selimov hekimtap.az

Behruz Selimov,Op.

Surgeon

Operator

14 years of experience

Baku
Laporoskopik xolisistektomiya hekimtap.az

Laporoskopik xolisistektomiya

Author: Opr. Dr. Bəhruz Səlimov
3862

Published: 10.12.2019
Behruz Selimov

El arasında “ lazerlə” öd kisəsi əməliyyatı olaraq bilinən bu üsul qarın nahiyəsində iki ədəd 1-sm lik və iki ədəd 0.5-sm lik kəsiklərlər aprılmaqla icra edilir. Öncə qarın boşluğu karbon qazı ilə doldurularaq əməliyyat üçün şərait yaradılır. Bu dəliklərdən xüsusi girişlər- portlar istifadə edilərək incə alətlər və kamera qarın boşluğuna yeridilir.  Kameranın ötürdüyü görüntü ekrandan izlənərək incə alətlər vasitəsi ilə öd kisəsinin  axarı və damarı ətraf toxumalrdan iti, küt və termokoaqulyasiyon üsullarla ayrılır. Bütün anatomik elementlər dəqiqləşdirdikdən sonra xüsusi materialdan düzəldilmiş sıxıçılarla - klipslərlə bağlanaraq kəsilir. Daha sonra öd kisəsi adı iti, küt və termokoaqulyasiya üsulları ilə qaraciyər səthindən ayrılır. Tamamən sərbəstləşən öd kisəsi xüsusi bir konteynerə - kisəyə yerləşdirilərək qarından çıxarılır. Əməliyyat sahəsi və qarın boşluğu revizya edilir və qanama olmadığından əmin olduqdan sonra qarın boşluğuna bir ədəd drenaj yerləşdirilərək qarın boşluğu tərk edilir. Aparılmış kiçik kəsiklər estetik tikişlərlə tikilir və steril sarğı qoyularaq əməliyyat tamalanır.

Anesteziyada müasir tələblərə cavab verən preparatların sayəsində xəstə heç bir ağrı hiss etmir. “Narkozdan” ayıldıqdan sonra xəstələr palataya verilir. Xəstələr bir gün sonra evə yazılır. Ağrı kəsici, antibiotik və mədə qoruyucu dərmanalara əlavə olaraq xəstələrə iki həftəlik dietada verilir. Əməliyyatdan iki həftə sonra xəstələr tam normal həyata geri dönürlər.

Üstün cəhətləri:  Etibarlıdır, kəsiklərin çox kiçikdir, xəstəxanada qalam müddəti qısadır, əməliyyatdan sonrakı ağrı cüzidir,  öd yolları zədələnməsi azdır. İrinləmə, qanaxma,  yırtıq əmələ gəlmə kimi ağırlaşmalar minimumdur.

Çatışmayan cəhətləri: Mütəxəsis  yetişdirmənin çətin olması, nisbətən baha olması, xüsusi təchizat və texniki xidmət lazımdır, texniki nasazlıqlar.


Behruz Selimov,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service