Behruz  Selimov hekimtap.az

Behruz Selimov,Op.

Surgeon

Operator

14 years of experience

Baku
Hepatobiliar xəstəliklər və simptomları hekimtap.az

Hepatobiliar xəstəliklər və simptomları

3755

Published: 12.12.2019
Behruz Selimov

Öd daşı xəstəliyi və əlamətləri

Öd yollarının öd daşı və ya palçıqla tıxanması ilə kanaldaxili təyziq  artaması nəticəsində yaranan ağrılı bir xəstəlikdir. Buna ağırlaşmasız öd daşı xəstəliyi də deyilir. Ağrı ümumiyyətlə ani olur və qabırğa altı nahiyyədə  xüsusənd sağ tərəfdə və qarının yuxarı orta hissəsində hiss edilir. bəzən sağ çiyində yayıla bilər. Ağrı istənilən zaman baş verə bilsədə, yağlı yeməklərdən sonra olması daha xarekterikdir. Ağrı müddəti adətən 1 saatdan 5 saata qədər davam etsədə çox nadir hallarda bir neçə dəqiqə ərzində bitə bilər. Bəzənsə ağrı çox uzun müddət – həftələr və ya aylarla davam edə bilər. Çox şiddətlə müşahidə edən ağrılar Ürək infarktı ilə qarışdırıla bilər. Ağrı  ilə xəstədə bulantı-qusma, qızdırma yüksəlməsidə baş verə bilər.

 

Öd kisəsinin kəskin iltihabı (Kəskin xolesistit)

Öd kisəsinin bütün divarı boyunca müşahidə edilən bir proses olub USM müayinəsində öd kisəsinin divarının qalınlaşması və ətrafinda maye toplanması əlamətlərinin müşahidə edilməsi ilə xarekterikdir. Əksər hallarda xolesistitin səbəbi öd kisəsindəki daşlardır. Nadir hallarda şiş və digər xəstəliklərə görə meydana gələ bilər. Kəskin Öd kisəsi iltihabında ağrı daha şiddətli olur və ağrı şiddəti uzun müddət dəyişmədən davam edir. Eyni ilə sağ qabırğaaltı nahiyyədə başlayan ağrı sağ çiyinə yayılaraq davam edir. Ağrı nəfəs aldıqda, öskürdükdə və digər hərəktlələ artır. Qarında ağrıdan əlavə güclü köp müşahidə edilir. Bundan əlavə ürəkbulanma-qusma, qızdırma və titrəmə müşühidə edilə bilər. Prosesin şiddətlənməsi ilə bəzən ağrı bütün qarına yayıla bilər. Öd kisəsinin kəskin iltihabı ən yaxşı hallarda spontan və ya müalicə ilə yaxşılaşa öd kisəsinin xroniki itihabına və ya öd daşının xoledoxa düşməsi və digər ağırlaşmalara səbəb ola bilər.

 

Öd kisəsinin xroniki iltihabı - Xroniki xolisistit

Öd kisəsinin kəskin iltihabının bir neçə dəfə təkrarlanmasından sonra öd kisəsinin divarlarının əzələvi hissəsi artıq fəaliyyət göstərə bilmir. Nəticədə orqan bütünlüklə büzüşərək kiçilir və ya içərisində ödü qova bilmədiyi üçün çox böyük və şar kimi şişmiş bir vəziyyət alır. Öd durğunluğu nəticəsində çökmə və daş əmələ gəlmə sürətlənir,  iltihabi proses sönük lakin davamlı hal alır. Bu vəziyyəti yalnız cərrahi müdaxilə ilə aradan qaldırmaq mümkündür.

 

Kəskin Daşsız  xolesistit

Bəzən öd kisəsində daş olmadanda kəskin iltihabi proses baş verə bilər. Bu xəstəlik kəskin daşsız xolesistit  adlanır. Bu xəstəliyin adındanda məlum olduğu kimi  öd daşları ilə heç bir əlaqəsi yoxdur. Burda xəstəliyin səbəbi travma, həmçinin keçirilmiş əməliyyat, bakteriya və virus kimi infeksion törədicilərin orqana yayılmasıdır. Xəstəliyin əlaməti kəskin daşlı xolesistitlə eyni olur və fərqli olaraq USM müayinəsində daş aşkarlanmır.

 

Öd kanalının ( xoledox ) daşı- Xoledoxolitiazis

Bəzi hallarda  öd kisəsində və öd yollarında  əmələ gəlmiş daşlar öd kanalına düşərək öd axınını dayandırır. Bu, öd kisəsinin, qaraciyərdaxili, qaraciyərxarici öd yollarında və mədə altı vəzinin axarlarında təyziqi artıraraq  şişmə, ağrı, iltihab, sarılıq, mədəaltı vəzin iltihabına gətirib çıxarır. Əsasən qarının göbəkdən yuxarı hissəsində, mərkəzi nahiyyədə meydana çıxan bu ağrını - ürəkbulanma, qusma, qızdırma və titrəmə ilə, bəzəndə sarılıqda müşayyət olunur. Belə əlamətlər meydana gəldikdə dərhal həkimə müraciət olunmalıdır.

 

Öd durğunluğu  (Bilyar diskineziya) və əlamətləri

Uzun müddət həzmi üçün öd tələb olunmayan qidalarla qidalanmaq və ya öd qovucu orqanların iltihabına səbəb olan xəstəliklərə məruz qalmaq öd ləngiməsinə səbəb ola bilər. Buna öd qovulmasının pozulması və ya öd yollarının diskineziyası deyilir. Bu zaman xəstələrdə qarında köp, həzm pozulması, bulantı qusma və ən əsası  çoxda güclü olmayan qarın ağrısı müşahidə edilir. Qida yağlı olduqda əlamətlər daha bariz olur.

 

Öd damarlarının iltihabı (Xolangit)

 Durğunluq vəya hər hansı infeksiya törədicisinin yoluxması nəticəsində öd kapliyarlrında iltihabi proses baş verə bilər. İltihabi proses hissəvi vəya bütnlüklə öd yollarını əhatə edə bilər. Xolangit zəif ağrılarla başlayır və təqribən 8 saat ərzində güclənərək digər əlamətlər də inkişaf edir. Sağ qabırğa altı nahiyyədə başlayan ağrıya qızdırma da qoşulur. Bu ələmətləri titrəmə və sarılıq müşayət edər. Bu vəziyyətdə olan xəstə mütləq təcili müalicə edilməlidir. Xolangitə zamanında müdaxilə edilməzsə həyat üçün təhlükəli olan sepsisə çevrilir. Bəzən öncə sidik rənginin tündləşməsi və qaşıntı müşahidə edilə bilər. Bu ödün qana keçməsinin əlamətidir. Bəzi xəstələrdə meyadana gələn şiddətli qaşıntılar səhvən alergiya kimi müalicə edilir. Xolangiti müalicə etmək üçün əsas səbəb aradan qaldırılmalı, infeksion törədiciyə qarşı müalicə aparılmalı, metobolik dəyişiklikləri korreksiya edilməli, qaraciyər və böyrək funksiyaları tənzimlənməlidir.

 

Öd kisəsi xərçəngi və onun əlamətləri

Öd kisəsi daşı nə qədər çox rast gəlinsədə öd kisəsi xərçəngi o qədər nadir rast gəlinən xəstəlikdir. Bütün digər bədxassəli şişlər kimi öd kisəsi xərçəngidə erkən mərhələdə aşkarlanarsa, müalicəyə çox asanlıqla tabe olur. Öd kisəsinin qarın boşuğunda yerləşməsi onun müayinəsini çətinləşdirir və xəstəliyin sağ qabırğa altı nahiyyədə ağrı, şişkinlik - köp, qızdırma, arıqlama, ürəkbulanma-qusma, dəri və selikli qişalarda sarılıq kimi əlamətləri öd kisəsinin digər xəstəlikləri ilə qarışdığı üçün diaqnoz gecikir. Gecikmiş mərhələdə aqressiv gedişə malik olan bu xəstəlikdən qorunmaq üçün heç bir şikayyətə barmaq arası yanaşılmamalıdır. Şikayət olmadıqda belə planlanmış həkim müayinəsi xəstəlikərin erkən aşkarlanmasına və müalicənin uğurlu olmasına zəmin yaradır.


Behruz Selimov,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service