Behruz  Selimov hekimtap.az

Behruz Selimov,Op.

Surgeon

Operator

14 years of experience

Baku
Öd kisəsi xəstəliklərinin müalicəsi. hekimtap.az

Öd kisəsi xəstəliklərinin müalicəsi.

Author: Opr. Dr. Bəhruz Səlimov
10830

Published: 09.12.2019
Behruz Selimov

Öd kisəsinin xəstəlikləri cərrahi və terapevtik üsullarla müalicə edilir.

Öd kisəsi əməliyyatı (xolesistektomiya).

Kəskin, xronik daşlı xolisistitdə və öd kisəsi xərçənginin yeganə müalicə üsulu Öd kisəsini cərrahi üsulla çıxarmaqdır. Öd kisəsini aşağadakı üsullarla çıxarmaq mümkündür:

Laparoskopik xolesistektomiya: El arasında “ lazerlə” öd kisəsi əməliyyatı olaraq bilinən bu üsul qarında iki ədəd 1-sm lik və iki ədəd 0.5-sm lik kəsiklərlər aprılmaqla icra edilir. Öncə qarın boşluğu karbon qazı ilə doldurularaq əməliyyat üçün şərait yaradılır. Bu dəliklərdən xüsusi girişlər - portlar istifadə olunur. Xüsusi kamera ilə qarın boşluğunun içərisinə baxılır, Kameranın ötürdüyü görüntünü ekrandan izləyərək incə alətlər vasitəsi ilə öd kisəsinin axarı və damarı ətraf toxumalrdan iti, küt və termokoaqulyasiya üsulları ilə ayrılır. Bütün anatomik elementlər dəqiqləşdirildikdən sonra xüsusi materialdan düzəldilmiş sıxıçılarla - klipslərlə bağlanaraq kəsilir. Daha sonra öd kisəsi qaraciyərdən ayrılır. Tamamən sərbəstləşən öd kisəsi xüsusi bir konteynerə - kisəyə yerləşdirilərək qarından çıxarılır. Əməliyyat sahəsi və qarın boşluğu yoxlanır - revizya edilir və qanama olmadığından əmin olduqdan sonra bir ədəd drenaj yerləşdirilərək qarın boşluğu tərk edilir. Aparılmış kiçik kəsiklər estetik tikişlərlə tikilir və steril sarğı qoyularaq əməliyyat tamalanır.

Anesteziyada müasir tələblərə cavab verən preparatların sayəsində xəstə heç bir ağrı hiss etmir. “Narkozdan” ayıldıqdan sonra xəstələr palataya verilir. Xəstələr bir gün sonra evə yazılır. Ağrı kəsici, antibiotik və mədə qoruyucu dərmanalara əlavə olaraq xəstələrə iki həftəlik dieta verilir. Əməliyyatdan iki həftə sonra xəstələr tam normal həyata geri dönürlər.

Üstünlükləri:  Etibarlıdır, kəsikləri çox kiçikdir, xəstəxanada qalama müddəti qısadır, əməliyyatdan sonrakı ağrı cüzidir, öd yolları zədələnməsi azdır. İrinləmə, qanaxma, yırtıq əmələ gəlmə kimi ağırlaşmalar minimumdur.

Əksiklikləri: Mütəxəsis  yetişdirmənin çətin olması, nisbətən baha olması, xüsusi təchizat və texniki xidmət lazımdır, texniki nasazlıq ehtimalı var.

Robotik xolesistektomiya: Laporoskopik cərrahiyyəyə çox bənzəyir və eyni məntiqə əsaslanır. Fərqli tərəfi cərrahın əməliyyatı robotun vasitəsi ilə etməsindədir.

Üstünlkləri:  Etibarlıdır,  xəstəxanada qalama müddəti qısadır, əməliyyatdan sonrakı ağrı cüzidir, öd yolları zədələnməsi azdır. İrinləmə, qanaxma, yırtıq əmələ gəlmə kimi ağırlaşmaları minimumdur, əməliyyat dəlikləri çox kiçikdir, proseslər çox dəqiq icra edilir, cərrahi görüş və imkanlar nisbətən daha genişdir.

Əksiklikləri: Əməliyyat hədsiz baha başa gəlir, mütxəssis yetişdirmək çox çətindir, cihaz çox bahadır, xüsusi təchizat və texniki xidmət lazımdır, texniki nasazlıqlar.

 

 Açıq xolesistektomiya: Bu əməliyyat zamanı qarın boşluğuna daxil olmaq üçün bir neçə fərqli kəsikdən istifadə edilə bilər. Bu kəsiklərin ortaq cəhəti öd kisəsinə müdaxilə etməyə imkan verməsi və ölçüsünun təqribən 6-10 sm olmasındadır. Yaranın böyük olması təbii ki sağalma üçün uzun zaman tələb edir. Xəstəxanada yatış müddəti üç gündən beş günə qədər davam edir. Normal həyat ritminə qayıtmaq altı – səkkiz həftə ərzində mümkündür.

Üstünlükləri: Etibarlıdır, ucuz başa gəlir, mütəxsis yetişdirmək nisbətən asandır, xüsusi təchizat tələb edilmir, texniki nasazlıqlar minimaldır.

 Əksiklikləri: İrinləmə, qanaxma,  yırtıq əmələ gəlmə, öd sızıntısı, öd yolarının zədələnməsi kimi ağırlaşmalar nisbətən çox rast gəlir .

İndosiyanin yaşılı ilə öd yollarının boyanması

Əməliyyatı planlanmış xəstəyə “İndosiyanin yaşılı” deyilən maddə verilir. Bu maddə öd vasitəsi ilə bədəndən xaric olduğu üçün öd yollarını boyayır. Xüsusi eynək vasitəsi ilə bütün öd yollarını görmək mümkün olur. Bu əməliyyatın güvənliyini artırır və ağırlaşmaları minimallaşdırır. Xüsuisi təyinatlı eynək və kameraya ehtiyac olmasına və əməliyyat xərclərini artırmasına  görə istifadəsi geniş yayılmayıb.

 

Dərman və Antibiotik  Müalicəsi

Ağrıkəsicilər: Dözülməz ağrı öd kisəsi iltihabının ən çox narahatlıq verən simptomudur. Bu səbəbdən güclü ağrı kəsicilərin müalicədə ağrını aradan qaldırmaq üçün mütləq istifadə edilir. Ağrılar bəzən o qədər şiddətli olur ki xəstəni xəstəxanada yatmağa, həkimi isə narkotik ağrı kəsicilərdən istifadə etməyə məcbur edir. Digər narkotik olmayan ağrıkəsiciləri yüksək dozada istifadə etmək lazım gəlirki, bu da mədə və onikibarmaq bağırsaqda iltihab əmələ gətirir vəya əvvəlcədən var olan iltihabı artırır. Nəticədə xəstənin bulantı və qusması artır, hətta bəzi hallarda mədə bağırsaq qanaxmasına səbəb olur. Böyrək  xəstəlikləri olan xəstələr ağrı kəsicilərdən xüsusi  ehtiyyatla istifadə etməlidirlər, çünki ağrı kəsicilər böyrək xəstəliyini dərinləşdirərək böyrək yetməzliyinə səbəb ola bilər.

Antibiotiklər: İltihabla bərabər öd kisəsi və öd yollarında apurtunist və ya virulent infeksiya baş qaldıra bilər. Bunun qarşısını almaq üçün profilaktiak olaraq emperik antibiotik müalicəsi verilir. Antibiotiklər əsas xəstəliyi müalicə etməsələrdə infeksiya ilə ağırlaşmasının vəya var olan infeksiyanın yayılmasının qarşısını alır.

Öd qovucular: Ursodeoksixolin və Chenodeoksixolin turşuları öd turşularının müxtəlif formalarıdır. Öd qovucu təsir göstərməklə yanaşı ödün tərkibindəki öd turşusunun miqdarını artıraraq öd qatılığının qarşısını alır, hətta əmələ gəlmiş daşları kiçildir. Öd daşlarını əritmək üçün uzun müddət qəbul tövsiyyə edilsədə bütün daşları əridə bilməməsi və olan daşları kiçildərək öd yoluna salması kimi yan təsirlərindən dolayı tətbiqi məhdudlaşdırıldı. Hal-hazırda öd daşını əritmə göstərişi ilə yalnız əməliyyatı yüksək həyati risk daşıyan, əsasən yaşlı xəstələrdə çox ehtiyyatla istifadə edilir. Öd qovucu kimi istifadəsi daha genişdir.

Spazmolitiklər: Ağrının digər bir səbəbi spazmlardır. Spazm saya əzələnin şiddətli və uzun müddətli yığılması ilə meydana gələn bir haldır. Müxtəlif mexanizmlərlə ağrıya səbəb olur.

  1. Spazmdan dolayı spazm olan yerdə sinirlərin sıxılması ilə meydna çıxan ağrı.
  2. Spazmın qan dövranını pozması və əmələ gələn süd turşusunun sinirləri qıcıqlandırmasından meydana çıxan ağrı.
  3. Spazm olan orqnın içərisində təyziq artması ilə orqanın divarlarında gərilmə ilə meydana çıxan ağrı və sair.

Spazmolitik dərmanlar müxtəlif mexanizmlərlə spazmı sonlandıraraq yuxarıda sadalanan ağrıları kəsir.

 

Daş qırma - Litotripsiya

Litotripsiya - yüksək enerjili dalğalar vasitəsi ilə öd kisəsinin içərisində olan daşların parçalanması üsuludur. Daha əvvəllər yalnız bir neçə kiçik öd daşı varsa litotripsiya tövsiyyə edilirdi. Kiçilmiş daşların öd yollarına düşərək öd yollarının tıxanmasına və bəzən ölümcül olan mədəaltı vəzin iltihabına – irinləməsinə səbəb olması və xəstəliyi tam müalicə etməməsi səbəbindən bu üsul praktik olaraq istifadə edilmir.

 

Kimyaterapiya və radioterapiya

Öd kisəsi və öd yollarının bədxassəli xəstəlikləri zamanı əməliyyatdan öncə, sonra və əməliyyat olmadan istifadə edilə bilər. Məqsəd şişin təkrar əmələ gəlməsinin qarşısını almaq, var olan şişin böyüməsinin qarşısını almaq və kiçiltmək, xəstənin həyat keyfiyyətini yüksəltmək və ömrünü uzatmaqdır.


Behruz Selimov,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service