Öd kisəsi
Öd kisəsi adındanda məlum olduğu kimi kisə şəkilli bir orqan olub qaraciyərin aşağı səthinə bitişmişdir. Öd qaraciyərdə əmələ gələn və yağlı qidaların həzm olunmasına kömək edən bir mayedir. Mədə və bağırsaqlarımızda həzm prosesi başladıqda, öd kisəsi içərisindəki ödü-öd yolu adlanan bir kanal ilə onikibarmaq bağirsağa ötürür. Buna görə ac qarına vəziyyətdə öd kisəsi ödlə dolu və şar kimi şişkin görünür . Bu xüsusiyyəti öd kisəsinin USM müayinə üçün istifadə edilir. Yemək yedikdə isə öd kisəsinin əzələvi divarları sıxılaraq içindəki ödü qovduğu üçün kisə büzüşür və USM müayinəsində yaxşı müşahidə edilmir. Öd yollarının hər hansı bir yerində tıxanma olarsa öd yollarında təyziq artır və ağrıya səbəb olur. Tıxanma səbəbi öd daşı, öd palçığı və ya şiş ola bilər.
Öd yolları
Öd qaraciyərdə əmələ gəli və çox kiçik öd kapliyarlarına keçir. Çox kiçik kapliyarlar öz aralarında birləşərək daha böyük öd damarlarına və onlarda birləşrək tədricən böyük öd damarlarına çevrilir. Qaraciyər daxili öd yolları birləşərək sağ və sol qaraciyər axarlarını əmələ gətirirlər. Sağ və sol öd axarları birlşərək ümumi öd axarını əmələ gətirirlər. Ümumi öd axarı isə öd kisəsinin axarı ilə birləşərək öd kanalını xoledoxu əmələ gətirir. Mədəaltı vəzin axarıilə birləşən xoledox onikibarmaq bağırsağa açılır. Onikibarmaq bağırsaqda xoledoxun açıldığı dəlik üzərində olan xüsusi klapan Fater məməciyi adlanan çıxıntıdır.