Ruhel Qasımov hekimtap.az

Ruhel Qasımov

Vertebrologist

8 years of experience

Baku
İdman zədələnmələrinin əməliyyatsız müalicəsi: Proloterapiya hekimtap.az

İdman zədələnmələrinin əməliyyatsız müalicəsi: Proloterapiya

Author: Vertebrologist Ruhel Qasimov , (+994 50) 863-66-88
6854

Published: 22.03.2018
Ruhel Qasımov

Proloterapiya bir çox idman zədələnmələrində birinci seçim ideal müalicə metodudur. Bu regenerativ, bərpaedici müalicə növü sport zədələnmələrində geniş istifadə edilir. Çünki idmançılar yaralanma hadisələrində  treninqləri dayandırmaq və yarışlardan qalmağı istəmirlər. Kompleks PROLOTERAPİYA idmançılara əzələ-oynaq zədələnmələri zamanı müalicə dövründə məşqləri davam etməyə imkan verir, və eyni zamanda zədələnən toxumanı tam bərpa edir. Sport zədələnmələri zamanı tam sağalmaq və idmanı buraxmadan bunu etmək üçün PROLOTERAPİYA ideal seçim olaraq qalır.

İdmançıların neçə müddət proloterapiya etdirməlidirlər?

Bu asılıdır zədələnmədən nə qədər müddət sonra proloterapiyaya başlanılıb və zədələnmə dərəcəsi nəqədərdir. Həkim müayinəsindən sonra neçə seans Proloterapiya müalicəsi lazım olduğu məlum olur. Əksər zədələnmələrdə ortalama 3-6 seans kifayət edir. Bir çox təzə zədələnmələr 1-2 seans ilə tam sağalır. Lakin zədə köhnə və mürəkkəb olduqda 6-8 seans da gərəkə bilir. Proloterapiya adətən hər 4-6həftədən bir , bəzən 3 həftədən bir də edilir.

Proloterapiya seanslar arası müddətdə idmançılar məşq edə bilərlərmi?

Hərəkət və idman proloterapiya müalicə müddətində arzu ediləndir, çünki hərəkət  oynaqlara qan axını və qidalar gətirir.  Bu ənənəvi RİCE protokolunun i “istirahət”  məsləhəti (Rest, İce, Compression, Elevation) və əməliyyatdan sonra həftələrlə immobilizasiyanın, hərəkətsizliyin  əksinədir. Proloterapiya edilən idmançı seanslar arası müddətdə də aktiv və fəal olmaqları təmin edilir. Həkim tərəfindən reabilitasiya hərəkətlər də tövsiyyə edilir.

PRP Proloterapiya - menisk və vətər yırtımalarının əməliyyatsız müalicəsi

Proloterapiya mütəxəssisi müalicəyə PRP əlavə etməyi təklif edəcəkdir, hansı ki bu müalicə ilə effektivlik daha da yuksələcəkdir. Bu müalicə daha çox qan dövranı zəif olan zədə nahiyələrində ,çiyin və çanaq nahiyələrində  xüsusi tendedopatiyalar, menisk yırtıqları, bağ qırılmaları da daxil olmaqla geniş istifadə edilir.

Dayanıqsız, zəif oynaqlar üzərində daimi hərəkət və gərginlik nəticəsində oynaqda degenerativ proses artacaqdır.

Meniskektomiya kimi toxumanın çıxarılması əməliyyatı idmançılarda osteoartiritin yaranma vaxtını qısaldır, tezləşdirir. Proloterapiya müalicə metodu cərrahi müalicəyə alternativdir.

Proloterapiya = regenerasiya, bərpa. kortizon = degenerasiya, dağılma.

Çox zaman idmançıların xronik zədələnmələri zamanı ağrını kəsmək üçün kortikosteroid, hormon iynələr təklif edilir. Bu müddət ərzində həmin iynələr ağrını müvəqqəti kütləşdirə, və oynağı zədələyəcəkdir, beləliklə idmançı zədəli oynaqla performans göstərəcəkdir.

Xatırladım ki Proloterapiya zamanı yeridilən proliferativ maddələr zədələnmiş oynaqları yeni, sağlam hüceyrələrlə əvəz edir, tam bərpa edir. Bununla da ağrının səbəbini kökündən sağaltmış olur.

İdmançılarda ən çox rast gəlinən əzələ-oynaq xəstəlikləri və onların PROLOTERAPİYA metodu ilə əməliyyatsız  mümkün olan müalicəsi:

Boyun, kürək və bel ağrıları:

 - Disk qabarması
 - Boyun qeyri stabilliyi
 - Degenerativ disk xəstəliyi
 - Başağrısı
 - Disk yırtığı
 - Əzələ spazmı
 - Həddindən artıq dartılma sindromu
 - Radikulopatiya
 - Sakro-iliak dayanıqsızlıq

Diz ağrıları:

 - ACL yırtığı
 - Osteoartirit
 - Diz qapağının xondromalyasiyası
 - Tullanan dizi
 - Dizdə qeyri-stabillik
 - MCL yırtığı
 - PCL yırtığı
 - Əməliyyatdan sonrakı diz ağrıları
 - Qaçıcıların dizi
 - Tendinopatiya

Ayaq və topuq ağrıları:

 - Aşil tendinopatiyası
 - Topuq artiriti
 - Xrniki topuq burxulması və qeyri-stabilliyi
 - Morton nevrinoması
 - Plantar fassiit
 - Əməliyyatdan sonrakı ayaq və topuq ağrısı

Çiyin ağrıları:

 - Bursitlər
 - Donmuş çiyin
 - Glenoid labral yırtığı
 - İmnimgement syndrome
 - Çiyin qeyri-stabilliyi
 - Suraspinatus yırtığı

Çanaq ağrısı, sağrı və bud ağrıları:

 - Groin gərilməsi
 - Hamstring tendinopatiyası
 - İşalgiya
 - Çanaq instabilitəsi
 - Pubic symphysis (qasıq simfizi) disfunksiyası

Dirsək ağrısı, bilək və əl ağrıları:

 - Qolfçu dirsəyi (Golfer`s Elbow)
 - Tenisçi dirsəyi
 - Tendonit
 - Tendinoz
 - Barmaq ağrısı
 - Bilək burxulması

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Ruhel Qasımov

Choose time

Write you telephone number

By applying you accept

rules of service