Memmed  Nesirov hekimtap.az

Memmed Nesirov,Prof.

Surgeon

Professor

Baku

About doctor

Nəsirov Məmməd Yəhya oğlu Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb  Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, Avropa Cərrahlar Assosiasiyasının fəxri üzvüdür.

5 mart 1939-cu ildə Sabirabad rayonunun Ulacalı kəndində ziyalı ailəsində anadan olub. 

Professor M.Y.Nəsirov 350-dən artıq elmi əsərin, 3 dərsliyin, 8 tədris vəsaitinin, 10 monoqrafiyanın, 13 səmərələşdirici təklifin, 15 metodik tövsiyyənin, 2 əsərlər toplusunun, 2 ixtiranın və 3 tibbi danışıq kitablarının ("Azərbaycanca - ingiliscə - rusca", Azərbaycanca - ingiliscə - rusca - ərəbcə"  və "Azərbaycan - fransızca" danışıq kitabları) müəllifidir.

Elmi fəaliyyəti praktiki səhiyyənin geniş aspektlərini: Mədə bağırsaq cərrahiyyəsi, şəkərli diabetin irinli - nekrotik ağırlaşmalarını, qaraciyər və öd yolları cərrahiyyəsini əhatə edir. Onun tərəfindən süni qan dövranına, qaraciyər cərrahiyyəsinə, mədə - bağırsaq cərrahiyyəsinə, şəkərli diabetin irinli - nekrotik ağırlaşmaları zamanı dəri köçürülməsinə və sairəyə dair yeni orijinal metodlar işlənib və cərrahi praktikaya tətbiq edilib.

Əsərləri Respublikamızda, eləcə də Rusiyada, Ukraynada, Belarussiyada, Gürcüstanda, Qazaxstanda, Yuqoslaviyada, İtaliyada, Əlcəzairdə, Almaniyada, Fransada, Türkiyədə, İranda, Norveçdə  və s. ölkələrdə dərc edilib. Bu ölkələrdə keçirilən Beynəlxalq forumların əksəriyyətində məruzələrlə çıxış edib.

Azərbaycan, Rus, Fransız və Türkmən dillərini sərbəst bilir.

Professor M.Y.Nəsirovun rəhbərliyi altında 5 doktorluq və 14 namizədlik dissertasiyaları yerinə yetirib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, SSRİ Səhiyyə Nazirliyinin, Əlcəzair Xalq Demokratik Respublikasının Səhiyyə Nazirliyin fəxri fərmanları və "SSRİ Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

1997-ci ildən Avropa Cərrahlar Assosiyasına fəxri üzvüdür.

2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" elmi adına layiq görülüb.

2001-ci ildə Azərbaycan Respublikasının tanınmış alimləri siyahısına daxil edilib.

2006-cı ildə İran İslam Respublikasının Azad Universitetinin "Fəxri diplom"-u ilə təltif edilib.

2006-cı və 2009-cu illərdə Beynəlxalq Elm Mərkəzi tərəfindən "XXI əsrin Azərbaycan ziyalısı" seçilib.  

2010-cu ildə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami ilə "Tərəqqi" medalı ilə təltif olunub.

"Kimya, biologiya, Tibb" jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.

Hazırda "Cərrahlıq" jurnalında baş redaktor müavini, "Azərbaycan Tibb Jurnalı"nın, "Sağlamlıq", Şərqi Avropa  “Cərrahlıq”  və " Hepar" jurnallarının redaksiya heyətinin üzvüdür.

Education

1956-cı ildə Sabirabad rayonunun Ulacali kəndində orta məktəbi bitirib.            

1962-ci ildə Azərbayjan Tibb Universitetini bitirib.

1970-ci ildə "Fibrinolizin - heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi " mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

1972-ci ildə "Ali dərəcəli cərrah" adına layiq görülüb.

1973-1984-cü illərdə - assistent.

1984-1986-ci illərdə - dossent. 1986-cı ildə Moskva şəhərində SSRİ TEA - nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində " Onkoloji xəstələrdə irinli - iltihabı ağırlaşmalar problemi və mikrob əleyhinə tikiş materialları" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi adına layiq görülüb.

1987-ci ildən professordur.

1977-1979-cu illərdə  Əlcəzair Xalq Demokratik Respublikasına ezam olunub, orada cərrah mütəxəssis kimi və Universitetdə pedaqoq kimi fəaliyyət göstərərək fransız dilində mühazirələr oxuyub.

Experience

1962-1967-ci illərdə Türkmənistan Respublikasında cərrah vəzifəsində işləyib.
1967-1973-cü illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Klinik və Eksperimental Təbabət İnstitutunda kiçik elmi işçi kimi çalışıb.
1973-cü ildən Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasında çalışır.
1967-1977-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində cərrahiyyə ixtisası üzrə Attestasiya Komissiyasının elmi katibi işləyib.
1980-1982-ci illərdə Azərbaycan Tibb İnstitutunun I müalicə - profilaktika fakultəsində dekan müavini, 1987-1988-ci illərdə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsində  dekan vəzifəsində çalışıb.
1991-ci ildən Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiridir.
1993-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnika Komitəsi nəzdində Tibb və Biologiya Elmi şurasının sədr müavini və sədri işləyib.
1994-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin nəzdində İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının həmsədri kim fəaliyyət göstərib.
1994-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri vəzifəsini yerinə yetirib.
1995-1997-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərrahıyyə üzrə baş mütəxəssisi vəzifəsini icra edib.
1996-cı ildən 2013-cü ilə kimi Azərbaycan Tibb Universitetinun Xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
2006-cı ildən 2016-cı ilə kimi Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının sədr müavini kimi fəaliyyət
göstərib.

Memmed Nesirov,Prof.

Choose time

Write you telephone number

By applying you accept

rules of service