Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Öz dünyam var, biraz qərib biraz tənha (Autizim) hekimtap.az

Öz dünyam var, biraz qərib biraz tənha (Autizim)

2168
Author: Psixoloq Şəbnəm Əndəlifova , Əlaqə: 055 365-10-20

Autizm sindromundan əziyyət çəkən bir yeniyetmənin həyatı.

“Bəli, mən 13 yaşlı yeniyetməyəm. Autizm sindiromumdan əziyyət çəkirəm. Ətrafdakıların mənə qarşı münasibəti çox fərqlidir. Məncə onlar məni anlamırlar. Bəzən autizmin xəstəlik olduğunu düşünürlər, bəzən dəli olduğumu...
Lakin, mən fiziki olaraq normal uşaqlar kimi inkişaf edirəm. Onlar kimin hoppanıram, qaçıram, top oynayıram. Bəli, psixoloji baxımdan yaşıdlarımdan geri qalıram. Bu mənim əlimdə deyil! Mən normal uşaqlar kimi yazıb oxuya bilmirəm. Onlar kimi ünsiyyət qura bilmirəm. Uşaqlarla oynamağı bacarmıram, paylaşmaq hissinin nə olduğunu bilmirəm. Mənim ÖZ DÜNYAM var orda tək və tənhayam .... Dostlarımın olmasını istəmirəm, əslində onlarla necə davranacağımı bilmirəm?! Bəs mənə kömək etməyi heç düşünmüsənmi?! Yoxsa sən də məndən qaçmısan? Niyə qəbullanmırsan, məndə uşağam, mənimdə qarşılıqsız sevgiyə ehtiyacım var! Niyə görə qarşılıqsız deyirəm, çünki, mən sevgi hissinin nə olduğunu bilmirəm. Ailə üzvlərimə sevgi hissimi göstərməkdə çətinlik çəkirəm. Onlar yanımda olsada, olmasada mən bunun fərqində deyiləm. Məncə insan sevgisini göstərmək üçün göz gözə gəlməlidir, toxunmalıdır. Lakin mən bunları bacarmıram. Ona görə qarşılıqsız sevgi deyirəm. Toxunulmağa qarşı həssasam, əks reaksiya verirəm. Səslərə qarşı həssasam, qorxu hissinin, ağrı hissinin nə olduğunu bilmirəm, hər kəsə qarşı laqeydəm. Bacarıqsız deyiləm, amma kiçik və böyük motor bacarıqlarım inkişaf etməyib, qucağa alınmaqdan xoşlanmıram, sevilməkdən xoşlanmıram. Bir məsələni vurğulamağı yaddan çıxardım. Fikrimi ifadə etməyi də bacarmıram. Yeni mühitə yeni insanlara adaptasiya olmağım uzun müddət istəyir. Dəyişiklikləri qəbul etmirəm, süprizləri heç sevmirəm. Məni olduğum kimi qəbul edin. Bu yazını oxuyan hər kəsdən xahiş edirəm mənə qarşılıqsız sevginizi bəxş edin, əlimdən tutun, mənimlə söhbət edin. Səssiz qalmağıma icazə verməyin. Öz dümyamdan çıxmağa kömək edin! Mənim sizin köməyinizə çox ehtiyacım var.”
Yuxarıda sizinlə həyatını paylaşdığım autizim sindiromundan əziyyət çəkən bir yeniyetmənin həyatıdır. 

Gəlin baxaq autizim nədir, yaranma səbəbləri nələrdir, hansı göstəriciləri var və biz onları necə başa düşə bilərik? 

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər:

Autizmli uşaqların xüsusiyyətləri:

Jest və mimikaların az olması.
Ehtiyacını ifadə edə bilmir .
Öz yaşıdlarından uzaq durmaq.
Göz təmasından qaçmaq.
Başqaları ilə ünsiyyət qurmur.
İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
Uzun müddət ərzində eyni mövzu üzərində danışır.
Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.
Mənasız sözləri ardıcıl təkrarlayır.
Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir.
Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir.
Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur
Davamlı olaraq eyni oyunları oynayır.
Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
Predmetlərə bağlanır.
Başqalarına qarşı maraqsız olmaları.

Valideynlərə bir neçə tövsiyyələr:

•    Autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında alüdə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə mühasib ola bilər.
•    Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Çünki televizor vasitəsi ilə informasiyanı tək tərəfli qəbul edirlər. 
•    Uşağı mənasız, stereotip hərəkətlərdən,sözlərdən  yayındırmaq lazımdır.Bunu məcbur olaraq deyil ,onların diqqətini başqa səmtə yönləndirərək etmək lazımdır .
•    Uşaq ilə mümkün qədər çox söhbət etmək lazımdır . Autizm sindromlu  uşaq digər uşaqlardanda çox ünsiyyətə ehtiyacı var; 
•    Autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər.
•    Uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz;
•    Heç bir zaman ümüdinizi itirməyin, qalibiyyətinizə inanın. Ən əsası – uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir. Eləcə də , unutmayin ki tarixdə iz qoymuş dahi hər  səxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.
 

Öz dünyam var, biraz qərib biraz tənha (Autizim)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az