Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Psixi inkişaf ləngiməsi hekimtap.az

Psixi inkişaf ləngiməsi

16996
Author: Psixoloq Məlikova Ülkər, Əlaqə: 055 365-10-20

Psixi inkişaf ləngiməsi nədir?

Psixi inkişaf ləngiməsi dövrümüzün ən aktual problemlərindəndir. Psixi inkişaf ləngiməsi (PİL) bir çox fərziyyələrə əsasən psixi-fiziki və yaxud psixi infantalizm adlandırılır. “İnfantalizm” dedikdə, emosional iradi sferanın və intellektual sferanın yaş həddindən aşağı olması nəzərdə tutulur. Psixi inkişaf ləngiməsi diaqnozu məktəbəqədər və daha azyaşlı uşaqlara qoyulur. Əgər psixi inkişaf ləngiməsinin təzahürləri yuxarı yaş dövrlərində özünü göstərirsə, bu oliqofreniyanın mövcudluğunu göstərir.
    
Psixi inkişaf ləngiməsinin taranmasına səbəb olan amillər hansılardır?
1.Endogen amillər;
2.Ekzogen amillər;
3.İrsi amillər.
    
Endogen amillər dedikdə daxili səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna hamiləliyin ümumi toksikozu, ananın qidalanmasının pozulması, nevropatiya, keçirdiyi infeksiyalar daxildir. Ekzogen amillər dedikdə isə xarici səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna doğuş zamanı baş-beynin travması, oksigen çatışmamazlığı, uşağın erkən yaş dövrlərində keçirdiyi xəstəliklər aiddir. İrsi amillər isə genetik faktorlarla bağlıdır.
     
Psixi inkişaf ləngiməsinin uşaqlarda təzahür xüsusiyyətləri hansılardır?

Psixi inkişaf ləngiməsi olan uşaqlar fiziki və ösixoloji cəhətdən məktəbə hazır olmurlar, onlarda bəzi psixi proseslərin və funksiyaların ləng inkişafı, emosional – iradi sahənin və dərketmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsində olması, ümumi biliklərin çatışmazlığı, dar dünyagörüşü, ətraf aləm haqda təsəvvürlərin qeyri – dəqiqliyi, psixi proseslərin lazımınca formalaşmaması müşahidə edilir. Bu uşaqlar ətrafdakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Əsasən diqqətini mərkəzləşdirə bilmir, təfəkkür sferasında pozuntular müşahidə olunur, anliz-sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin bu uşaqlar məntiqsiz davranışlar nümayiş etdirirlər, iradi və emosional sferasında kasadlıq olur, təsəvvür etmədə çətinlik çəkirlər. Ləngiməsi olan uşaqlar intellektual cəhətdən passivdirlər, onların intellektual təəssüratları və maraqları məhduddur. Bəzən ən sadə təlim tapşırıqlarını yerinə yetirə bilmirlər.
   
Psixi inkişaf ləngiməsi olan uşaqlarla necə davranmalı?  Bu tip uşaqları analiz- sintez etmək tələb edən fəaliyyətə cəlb etmək lazımdır ki, özləri əşyaların, hadisələrin eyni və ya fərqli xüsusiyyətlərini görüb, dəyişikliyi aşkar edə bilsinlər. Psixi inkişafında ləngimə müşahidə olunan uşaqlarda problemin həlli üçün çox gec olmadan mütəxəssisə müraciət etmək lazımdır. Kompleks yanaşma və valideynlə birgə fəaliyyət nəticəsində problemi həll etmək mümkündür. Vaxtında müdaxilə edilmədiyi halda, daha ağır nəticələrlə üzləşmə riski mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az