Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Pedaqoji baxımsızlıq nədir ? hekimtap.az

Pedaqoji baxımsızlıq nədir ?

3647
Author: Pedaqoq Xəyalə Salmanova , Əlaqə: 055 365-10-20

Pedaqoji baxımsızlıq nədir?  Bildiyimiz kimi pedaqoq yunan sözüdür, mənası isə “tərbiyəçi” deməkdir. Yəni, “yönəldirəm, “tərbiyə edirəm”, “elm öyrədirəm”. Deməli, uşağa elm öyrətməzdən əvvəl onları tərbiyə etmək lazımdır. 6 yaşlı uşaqda müşahidə edilən hər hansısa bir problem o deməkdir ki, bu uşaq bundan öncə hansısa bir travma ilə qarşılaşıb. Biz əvvəlcə uşağımızın 2 yaşından sonra davranışına nəzarət etməliyik. Çünki dövrümüzün ən aktual problemi məhz uşaqlarda müşahidə edilən davranış pozuntularıdır. Bu problem hər 10 uşaqdan 5-də özünü göstərir.

Uşaqlardakı davranış pozuntusu təlimə necə təsir göstərir? Adətən, 2 yaşından sonra, yəni, 3-6 yaş uşaqlarda “mən” obrazı formalaşır. Ona görə də, bu yaşda uşaqlara çox diqqət etməliyik. Əgər uşaqda davranış pozuntusu müşahidə ediriksə, mütləq psixoloqa müraciət etmək gərəkdir. Lakin bəzi uşaqlarda hiperaktivlik olur. Hər hiperaktiv uşağa davranış pozuntusu diaqnozu qoymaq olmaz. Hətta, bu yaşda uşaqlarda inadkarlıq da olur ki, bu da bu yaş uşaqlar üçün normal haldır. Lakin mütləq qarşısı alınmalıdır. Əks halda, artıq davranış pozuntusuna çevrilər. Uşaq əsəbi olar, əsassız qorxuları olar. Ən əsası isə özgüvənini itirər. 

Uşaqlarda özgüvəni necə bərpa etməli? Uşaqlarda itirilmiş özgüvəni yenidən bərpa etmək çox çətin prosesdir. Özünə inamı olmayan uşağı təlim prosesinə cəlb etmək də daha çətindir. Deməli, uşaqlıq dövründə yaranan hansısa bir hal gələcəkdə mütləq öz təsirini göstərir. İstər müsbət şəkildə, istərsə də mənfi. Z.Freyd belə deyir : “Uşaqlara hətta, tualet vərdişi belə zamanında öyrədilmədikdə, onlar xəsis və inadkar olurlar”. Bu səbəbdən də uşaqları öncə tərbiyə etmək, sonra onlara elm öyrətmək gərəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az