Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Disleksiya hekimtap.az

Disleksiya

3363
Author: Pedaqoq Nigar Gülməmmədli

Disleksiya  nədir?

Disleksiya- burada “dys” önşəkilçidir. “Normadan  zəif,əksik”  mənasına  gəlir,leksiya   isə  “söz”, “ nitq” deməkdir.Disleksiyaya  hadisə  və  isimləri  xatırlamada  çətinlik,öyrənilənlərin  tez  unudulması,bəzi  oyunları  oynamaqda  yaşanan  çətinliklər,əl  və  barmaqlardan  yetərincə  istifadə  edə  bilməmə  aiddir.

Əsas  meyarları: Əsas  ayırdetmə  meyarlarına  aşağıdakıları  daxil  edə  bilərik: 

-Oxuda  çətinlik  çəkmə,səhv  oxuma;
-Oxuduğunu  anlamaqda  çətinlik  çəkmə;
-Hərfləri  qarışdırma  və  ya  yazmaqda  çətinlik;
-Rəqəmləri  öyrənməkdə və  saymaqda  çətinlik.

Daha  aydın  şəkildə  ifadə  etsək,disleksiya,  zəkanın  normal, akademik  səviyyənin  və  yaşın , aldığı  təlimdən  geri  qalmasıdır.

Disleksiyanın  əlamətləri – Disleksiyanın  əlamətləri 3  mərhələyə  ayrılır:

1) Məktəböncəsi  mərhələ.Buraya  0-6  yaş  aralığı aiddir;
2)Məktəb  mərhələsi.Bu  mərhələ  7-11  yaş  aralığını  əhatə  edir.
3) 12  yaş  və  sonrası.

Xüsusi  öyrənmə  çətinliyi  yaşayan  uşaqlarda  yanaşı  gedən  bir  sıra  başqa  problemlərə  də  rast  gəlinir.Ən  çox  rast  gəlinən problemlər  isə  diqqət  əksikliyi  və  hiperaktivlikdir. 

Disleksiyanın  aradan  qaldırılması və korreksiyası. Bəs bu  uşaqlara  necə  kömək  edilməlidir?

Hər  şeydən  öncə,onların  duyğularını  anlamaq  lazımdır;
Daha  sonra,cəhdləri  dəyərləndirilməli, təqdir  edilməlidir.
Onlara  qarşı  mənfi  rəylər  edilməməlidir(məsələn,”Sən  bacarıqsızsan”kimi  ifadələri  işlətməkdən  qaçmaq  lazımdır).

Disleksiyadan  əziyyət  çəkən  uşaqların  oxusunda  axıcılıq  olmur.Bəs  bunu  necə  müəyyən  etməli?Kiçik  bir  mətn  parçası  seçilir  və uşaqdan  1  dəqiqı müddətində  həmin  mətni  oxumasi  istənilir.Oxunan  söz  sayı  qeydə  alınır.Uşaq  normalda  I  sinfin  sonunda  60-70 söz, II  sinfin  sonunda  70-80 söz,III  sinfin  sonunda  80-90-a  yaxın  söz  oxumalıdır.Doğru  oxumanı  müəyyən  etmək  üçün  doğru oxunan  söz  sayı  1 dəqiqədə oxunan  söz  sayına  bölünür.
Disleksiya  müşahidə  edilən  uşaqlar , adətən,söz  sonunu  uyduraraq, hərf,heca  atlayaraq,səsləri  bir-birinə  qarışdıraraq   oxuyurlar.Yazılışı  oxşar  olan  hərfləri  qarışdıra  bilirlər .Məsələn, b,d,q,p kimi  hərfləri  həm  yazıda,həm  də  oxuda  qarışdırma  halları ilə  rastlaşa  bilərik.
 Disleksiya , zəkanın  normal  olmasına,uşağın yaxşı  təlim  almasına  baxmayaraq  meydana  gələ  bilər.Və  sonda  onu  da  qeyd  etmək  istərəm  ki,  disleksiya  əsla  bir  xəstəlik  deyildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az