Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Disgrafiya hekimtap.az

Disgrafiya

4836
Author: Pedaqoq Nigar Gülməmmədli , Əlaqə: 055 365-10-20

Disqrafiya  nədir?

Disqrafiya  özünü  yazıda  göstərən  bir  problemdir.Ancaq  bu  problem  uşaqda  zəka  geriliyi  olduğu  mənasına gəlməməlidir. Disqrafiyası  olan  uşaqlar  çətin  oxunan,qarışıq,tez-tez  səhvə  yol  verən  bir  yazıya  sahibdirlər.Ancaq bu,səhv  verilən  təlimin  də nəticəsi  ola  bilər. Ona  görə  də,disqrafiyanı düzgün  ayırd  etmək  lazımdır.Disqrafiya  müşahidə  edilən  uşaqların  yazısı  oxunaqsız olur. Bununla  yanaşı,onlarda  cümlə  qurmada  çətinlik,  sözlər  arasında  ya  həddindən  çox  boşluq  buraxma  və  ya  əksinə,sözləri  boşluq  buraxmadan , bitişik  yazma  halları  müşahidə  edilir.

Disqrafiyanın  əlamətləri  nələrdir?Disqrafiyalı  uşaqlarda  özünü  göstərə  bilən   hallara  nəzər  salaq:
 
-Qarışıq  yazma;
-Yaşıdlarına  nisbətən  daha  yavaş  yazma;
-Sinif  işlərində  və  testlərdə  səhvlərə  yol  vermə,zəif  nəticə  göstərmə;
-Bir-birinə  oxşar  hərf  və  rəqəmləri  tərsinə  yazma(məsələn,6-9);
- Hecalara  düzgün  ayra  bilməmə;
-Böyük-kiçik  hərfləri  qarışıq  yazma ;
 -Hecaların  yerini  qarışdırma  və s.

Disqrafiyanın  korreksiyası. Disqrafiya  diaqnozu  qoyulan  uşaqlarda  hər  gün  ən  azı  10-15  dəqiqə  yazı  yazma  çalışmaları  edilməlidir. Təlimə  marağı  olmayan  uşaqlarda  bu  prosesi  əyləncəli  şəkildə  etmək  daha  məsləhətlidir  və  məqsədəuyğundur. Hər   şeydən  əvvəl, səslər  uşaqlara  tam  aydın  olmalıdır.Məsələn, uşağa  “B”  hərfini  yaz  dediyiniz  zaman, onu” bı”  şəklində  tələffüz  etsəniz, uşaq  əlbəttə “B” deyil, “Bı”  kimi  yazacaq.Ona  görə  də,  hər  bir  səsi  düzgün  tələffüz  etməyi  bacarmalısınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az