Dil:
Azərbaycanca
Yuxululuq hansı xəstəliyin əlamətidir?
26 Mart 2018 16348Bəzi insanlar özlərini daim yuxulu hiss edirlər. İçdikləri qəhvələr belə onları yuxudan ayırmağa kömək etmir.
Keçməyən yuxu isə Narkolepsiya xəstəliyin əlaməti ola bilər. Bu barədə türkiyəli nevroloq və yuxu pozuntuları üzrə mütəxəssis Hakan Kaynak məlumat verib.
Bir çox xəstə iş başında, səyahət zamanı, günorta saatlarında olan yuxululuğa normal baxır. Ancaq bunlar hər biri xəstəliyin əlamətidir.
Yorğunluq və yuxu bir-biri ilə qarışdırılmamalıdır. Yorğunluq, həddindən çox idman hərəkəti ilə məşğul olmaq normal qəbul edir. Ancaq narkolepsiyada həddindən çox olan yuxululuq halının insanın özünü normal hiss etdiyi zaman anidən gəlməsidir. Belə xəstələr yatsalar da özlərini dincəlmiş hiss etməzlər. Gündüz də yuxusuzluqdan şikayət edərlər.
Normal yorğunluqdan qaynaqlanan yuxululuq halı yaz aylarında artır.
Narkolepsiya xəstələrinin yuxululuq halı heç bir faktordan təsirlənmir. Həmçinin mövsüm dəyişkənliklərin də buna aidiyyatı olmur.
Narkolepsiya nevroloji xəstəlikdir.
Xəstəlik hər yaşda görülə bilər. Daha çox isə 20-30 yaşlarda müşahidə edilir.
Çox nadir görülən xəstəlik olduğu üçün əksər zaman həkimlər də diaqnozu çətin qoyurlar.
Uzun illərdir müalicə edilə bilən xəstəlikdir. Dərmanla müvəffəqiyyətin qazanılması mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1