Dil:
Azərbaycanca
Alimlərin fikrincə, sosial cəhətdən təcrid olunmuş insanlarda 2-ci tip diabetə, geniş ünsiyyət dairəsi olan insanlardan daha çox rast gəlinir. 3000 insan üzərində aparılan təcrübə bunu deməyə əsas verib.
Sosial inteqrasiya 2-ci tip diabetin profilaktika strategiyasında böyük əhəmiyyət daşıya bilər. Alimlərin apardığı tədqiqatda 40-75 yaşlı 2861 kişi və qadın iştirak edib. Tədqiqat iştirakçılarının 1623 nəfərinin (56.7 %) qlükoza metobalizmi normal olub, 430 nəfərdə (15.0 %) preddiabet aşkarlanıb, 111 (3.9%) nəfərdə 2-ci tip diabet müəyyən olunub və 697 (24.4 %) nəfədrə isə ilk dəfə 2-ci tip diabet diaqnozu qoyulub.
Alimlər müəyyən ediblər ki, ünsiyyət dairəsinin geniş olması sağlamlıq üçün xeyirdir. Qadınlarda sosial təcridolma preddiabet riskinin 60%, 2-ci tip diabetin isə 112% artmasına səbəb ola bilir. Sosial əlaqələri məhdud olan kişilərdə 2-ci tip diabetə 42% daha çox rast gəlinir.
Tədqiqat göstərib ki, ünsiyyət dairəsinin 1 nəfər azaldılması 2-ci tip diabetin yaranma riskini 5-12 % artırır. Həmçinin məlum olub ki, tamamilə tənha yaşayan kişilərdə diabet riski 92% artır.
Alimlər hesab edirlər ki, 2-ci tip diabetin risk qrupuna aid insanlar ünsiyyət dairələrini genişləndirməli, yeni dostlarla tanış olmalı, könüllülər qruplarına üzv olmalı və s. vasitələrdən istifadə etməlidirlər.
Beləliklə, müəyyən edilib ki, ünsiyyətcillik, dostlarının sayının, sosial dəstək səviyyəsinin və insanın digər sosial göstəricilərinin 2-ci tip diabet yaranması ilə birbaşa əlaqəsi var.
Buradan belə bir nəticəyə gəlmək olar ki, sosial təcridolmadan çıxmaq diabet riskini azalda bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1