Dil:
Azərbaycanca
Yaz ishallarına diqqət edin – Nə edilməli?
31 May 2018 7560Pediatrlar yaz aylarında uşaqlarda daha çox ishalın baş verdiyini bildirirlər.
Əgər ishalla yanaşı qaytarmaq da varsa mütləq şəkildə həkimə müraciət edilməlidir.
Yaz-yay aylarında bunlarla yanaşı bulantı, qusma kimi problemlərlə yanaşı mədə-bağırsaq sistemi infeksiyalarında artış gözlənilir. Dəniz,hovuz suyunun içilməsi, infeksiyaların daha tez qəbul edilməsinə yol aça bilir.
İshal başlayan zaman uşaqlara çoxlu miqdarda maye verilməlidir. Xüsusilə də 2 yaşdan aşağı uşaqlarda bu vəziyyətin daha tez müalicə olunmağında fayda var. Həmçinin 6 ay ərzində körpələr ana südü ilə qidalandığı üçün adətən belə problemlər 6 aydan öncə çıxmır.
Əgər uşaq hər yediyini çıxarırsa, bununla yanaşı qızdırma 38-dən yuxarıdırsa bu zaman təcili həkimə müraciət edilməlidir.
Bol maye qəbul edilməlidir – Uşaqlarda bulantı, qusma su itkisinə səbəb olur.
Qaytarmağın qarşısı alınmalıdır – yaz ishalları adətən kifayət qədər maye qəbulu və doğru qidalanma ilə 3-7 gün ərzində özlüyündən düzəlir.
Əgər dayanmazsa, probitoik müalicəyə başlanılmalıdır.
İshal zamanı ayağı bərkidən qidalara üstünlük verməlidirlər.Kartof, düyü, qatıqlı suplar ishal zamanı verilməli olan yeməklərdəndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1