Dil:
Azərbaycanca
Yayda ən çox rast gəlinən xəstəliklər
20 İyul 2018 7469Mütəxəssislərin sözlərinə görə, boğulma ya da yaralanmalar yay tətilində daha da artır.
İstiliklə bağlı problemlər – Bu mövsümdə ən çox rast gəlinəni günvurmalardır.Aparılan araşdırmalara görə, ABŞ-da təxminən 1000 insan istilər səbəbindən həyatını itirib. Digər qismi isə istilərdən yaranan mədə bulantısı, baş dönməsi, baş ağrılarıdır.İstilər çox olduğu zaman bol maye içməli, açıq havada çox qalmaqdan qaçınmalıdır. Günün ən isti saatlarında çölə çıxmaq tövsiyə edilmir.
Dənizdə üzən zaman baş verən yaralanmalar və boğulma – Gəzintilər zamanı yıxılmalar, travmalar daha çox olur. Belə zamanlarda uşaqlara daha diqqətli yanaşılmalıdır. Çünki xəbəriniz olmadan suya düşə bilər.
Yanıqlar və kəsiklər – Xüsusilə manqal yanıqları daha çox müşahidə edilir. Uşaqları isə bu zaman oddan uzaq tutmaq vacibdir.
Həşərat dişləmələri – Açıq havada keçirilən uzun saatlar, edilən yığıncaqlar nəticəsində həşəratların dişləmələrinə məruz qala bilərsiniz. Bu halların bəziləri isə infeksiya mənbəli ola bilər. Bəzən müalicəsində antibiotik istifadəsi vacib hala gəlir. Vücudunuzda itməyən və getdikcə böyüyən şişkinlik varsa diqqətli olun.
Qida zəhərlənmələri və mədə - bağırsaq iltihabları – isti mövsümlərdə təcili yardıma müraciətlərin sayı artır. Manqal zamanı qidalar bəzən kifayət qədər bişirilmədiyindən istilər altında buraxılır, meyvələr və tərəvəzlər yaxşı yuyulmur. Bu səbəbdən günəş işığına məruz qalan qidalara qarşı diqqətli olmaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1