Dil:
Azərbaycanca
Yay ayında vitamin əksikliyi necə bərpa edilməlidir?
20 Avqust 2018 8693Yay aylarında çox rastlanan görülən vitamin əksiklikləri bərpa olunmadığı təqdirdə yorğunluq, yuxusuzluq kimi problemlərlə yanaşı digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
Bu barədə vacib məlumatları türkiyəli diyetoloq Damla Erdoğan diqqətə çatdırıb. Mütəxəssis, düzgün qidalanma ilə əksikliklərin bərpasının mümkün olduğunu bildirib.
Vitaminlər həm psixoloji, həm də bioloji olaraq hüceyrələrimizə qədər qoruyan, yuxu halını belə tənzimləyən hərflərdir.
Mövsüm dəyişiklikləriylə birlikdə vücudumuzda müəyyən proseslər ba verir. Hər insanın vücudu istilərlə mübarizə aparmağa çalışır. Bu ərəfədə də vücudda vitamin əksiklikləri ortaya çıxa bilir.
Qeyd edək ki, vücudun immunitet sistemi aşağı düşən zaman yorğunluq, halsızlıq və s hallar yaşana bilər.
D vitamini insan vücudu üçün çox vacibdir. Bunu, müəyyən qidalar və günəşdən əldəə etmək mümkündür. Xüsusilə yaz-yay aylarında bağlı paltarlar geyinməməli, qısa aralıqlarla müəyyən saatlarda günəşdən yararlanmallısınız. Həmçinin D vitamini sümük inkişafı üçün mühüm rol oynayır. D vitamini, həmçinin yağlı balıqlarda, süd, yumurta və göbələklərin tərkibində olur.
A vitamini dərini günəşə qarşı qoruyur. Ancaq diqqətli olmaq lazımdır ki, günəşin zərərli şüaları ilə rastlaşmayasınız. Yaz ayında A vitamininə daha çox ehtiyac duyulur. A vitamini, tərəvəzlərdə, qırmızı ət, balıq, yumurta, pomidorun tərkibində mövcuddur.
Yağlı toxumları yeməklə isə bədəninizdə E vitaminini təmin etmiş ola bilərsiniz. Dəri, saç və damar sağlamlığı üçün çox vacib xüsusiyyəti var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1