Dil:
Azərbaycanca
Aydın Soltanlı: “Yaxşı rəhbər işçilərin dostuna çevrilməlidir”
31 İyul 2018 11591Bü gün şəhərimizdə yeni, müasir standartlara cavab verən klinikaların sayı yetərincədir. Lakin bununla yanaşı, özündə yüksək ixtisaslı mütəxəssisləri, mükəmməl xidmət və güvənlilik birləşdirən tibb müəssisələrinin sayı o qədər də çox deyil. Belə klinikalardan biri də “Aysmed” klinikasıdır. Müsahibimiz, klinikanın baş həkimi Aydın Soltanlıdır.
– Məncə, klinikanın müasirliyi dedikdə, təkcə onun yaraşıqlı eksteryer və interyeri, personalın səliqəli geyimi və ya yenicə alınmış avadanlıqlar başa düşülməli deyil. Müasirlik - klinikadakı proseslərə, personalın işinə, tibb aləmində baş verən yeniliklərə müasir baxışdır. Müasir baxış isə qeyd etdiyim yeniliklərə açıq olmaq, onları rəhbərlik etdiyin klinikaya tətbiq etmək və klinikanın fəaliyyətini yeni mərhələyə çıxarmaq deməkdir.
– Həyatda asan heç bir şey yoxdur. Hər bir iş zəhmət, bacarıq, səbr tələb edir. Digər tərəfdən, baş həkim kimi klinakada həyata keçirlən bütün tədbirlərin məsuliyyəti mənim üzərimdədir.
– Klinika rəhbərinin məsuliyyəti həddindən artıq böyükdür. Çünki onun başçılığı altında çalışan hər bir həkim hansısa vətəndaşın sağlamlığına, bəzən isə həyatına cavabdehdir. Ona görə də klinka təsis olunduğu vaxtdan çalışmışam ki, işə yalnız yüksək ixtisaslı mütəxəssisləri cəlb edim. Baş həkim həm də kollektivin vahid bir sistem kimi çalışmasını, qüsurlara yol verilməməsini, əgər hər hansı xəta baş verərsə, onun tezliklə və peşəkarcasına aradan qaldırılmasını təmin etməlidir. Bütün bunlardan başqa, yaxşı rəhbər hər zaman işçilərinin maddi rifahını yaxşılaşdırmağa cəhd göstərməli və ən əsası, onların dostuna çevrilməlidir.
– Əlbəttə. Həkimlərimiz vaxtaşırı ayrı-ayrı ölkələrdə təşkil olunan treninq və seminarlara gedir və orada əldə olunan yeni bilikləri klinikamızda uğurla tətbiq edirlər.
– Terapevtlər, pediatrlar, ginekoloqlar, oftalmoloqlar, psixoloqlar, osteopat, androloq, stomatoloqlar və digər sahə həkimləri daim vətəndaşların xidmətindədir.
– Laboratoriyamız bütün standrtlara cavab verir və onun fəaliyyəti təcrübəli mütəxəssislərin, eləcə də şəxsən mənim ciddi nəzarətim altındadır. Heç kimə sirr deyil ki, laborator müayinələrin nəticələrində hər hansı bir səhvlik ciddi fəsadlara yol aça bilər. Ona görə də laboratoriyanın qüsursuz fəaliyyətini təmin etmək ən prioritet məsələdir.
– Vaxtaşırı avadanlıqları yeniləməyə çalışırıq. Bilirsiz, avadanlıq əldə etmək yalnız maddiyata bağlı olan məsələdir. Əsas odur ki, bu avadanlıqları çalışdıra biləcək savadlı mütəxəssislər olsun. Qürur hissi ilə deyə bilərəm ki, belə mütəxəssislərimizin sayı yetərincədir.
– Hazırda qaraciyər strukturunu daha dəqiq öyrənən, dünyada da yeni tətbiq olunmağa başlayan avadanlığın klinikamıza gətirilməsi üzərində çalışırıq. Bundan əlavə, allergik testlərin daha dəqiq yoxlanması üçün dünyada yeni sayılan texnologiyaları araşdırırıq. Bunu üçün həkimlərimizi xarici ölkələrə kurslara da göndərmişik.
– Maraqlı söhbət üçün təşəkkür edirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1