Dil:
Azərbaycanca
Yata bilməyənlər üçün yuxu gətirən üsullar
25 Aprel 2018 24192Yuxusuzluq bir çox insanın qorxulu röyasına çevrilib. Əksər insanlar isə yuxusu gəldə də yuxuya gedə bilmirlər. Bu isə beyinə təsir göstərərək, başda ağrı, halsızlıq, yuxululuq yaradır. İnsanın gün ərzində olan enerjisini aşağı salır.
Türkiyəli mütəxəssislər bu barədə açıqlama veriblər.
Gün ərzində müəyyən qədər dincəlmək üçün yatmaq olar. Ancaq bu 30 dəqiqəni keçməli deyil. Çünki yuxu problemi çəkən insanlar artıq yatdıqları zaman gecə yata bilmirlər.
Yatmazdan öncə kafein, nikotin kimi oyandırıcılardan uzaqlaşın.
Yatmazdan 2-3 saat öncə yüksək proteinli ara qida yeyə bilərsiniz. Bu meyvə də ola bilər. Bu növ qidalar yuxunu tənzimləyir, hormonları artırır.
Taxıl və şəkərdən imtina edin və ya azaldın. Bunlar yuxu ritmini pozur.
Yağlı, qızarmış, ədviyyatlar, sirkəli və sodalı qidalar və içkilərdən də yan qaçın.
İdman hərəkətləri yuxu keyfiyyətini artırır. 10 dəqiqəlik velosiped və ya gəzinti yuxu keyfiyyətini bir gündə artıra bilir. Ancaq yatana yaxın ağır idmanla məşğul olmayın.
Gün ərzində təbii işığa məruz qalın. Gecə isə yataq otağınız qaranlıq olmalıdır.
Yuxudan əvvəl size rahatlaşdıracaq vərdişlər qazanın. Bu ilıq duş, kitab oxumaq, yoga və s ola bilər.
Yatmazdan qabaq duyğusal müzakirələr etməyin.
Yastıq, örtükləriniz rahat olmalıdır. Yataq otağınız sərin olmalıdır.
Vücudu yuxuya hazırlayan faktorlardan biri isə məhz ətraf istiliyinin düşməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1