Dil:
Azərbaycanca
Xoşbəxt uşaq böyütməyin sirləri
17 İyul 2018 7965Psixoloqlar, düzgün və xoşbəxt uşaq böyütməyin yollarını açıqlayıblar. Həmin vacib məlumatları sizə təqdim edirik:
Uşağınıza güvənin. Onu olduğu formada qəbul edin. Hər növ seçiminə hörmət edin. Ona hörmət etsəniz uşağınız daha xoşbəxt ola bilər.
Onu özünüzə bənzətməyə çalışmayın. Öz ana-atanızın yolunu ona məcbur öyrətməyin. Çünki sizin seviyinizi o sevməyə bilər. Sizin üçün doğru olanlar, onlar üçün doğru olmaq məcburunda deyil.
Çox kiçik yaşlardan ona məsuliyyətli iş tapşırın. Kiçik yaşlardan məsuliyyəti dərk edərsə həyatda bəzi işlərlə mübarizə aparmaq daha asan hala gələr.
Ona cavablar deyil, suallar verin. Övladınıza çoxlu suallar verin. Bəzi mövzularda fikrini və mövqeyini öyrənə bilərsiniz.
Uşağınıza həyat yolunun uzun olduğunu, hədəflərinin olacağını öyrədin. Ancaq bunları öyrənən və hədəflərə çatmağa çalışan zaman bundan yorulmamaqlarını, həzz almağa çalışmaqlarını bildirin.
Sevgi və güc aşılayın. Ana tərəfindən verilən sevginin sonsuz olduğunu, nəyinsə qarşılığında olmadığını anlatın. Uşaq bu sevgidən şübhə duymamalıdır. Əks halda həyatla mübarizədə geridən başlayar.
Sadəcə ağlıyla deyil, ürəyinin səsinə də qulaq asmağını bildirin. Ən əsası isə uşağınızla bol vaxt keçirin. Sevginizi göstərin.
Səhvlərinə görə tənqid etməyin. Öz səhvini özünün başa düşəcəyini gözləyin. Altda yatan səbəbləri kəşf etməsinə kömək edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1