Dil:
Azərbaycanca
Xaricilərin təsdiqlədiyi pəhriz üsulları
27 Sentyabr 2018 7626Sürətli arıqlamaq üsulları arayışında olanlar normal pəhriz üsullarına əksər zaman müraciət etmirlər. Düşünmədən riayət edilən arıqlama üsulları isə bəzən artıq çəki olaraq geri dönə bilər. Bundan əlavə düzgün olmayan arıqlamaq qaydaları sağlamlıqla bağlı problemlərə yol aça bilər.
1 – Qısa müddətli aclıqlar ilə gün ərzində həm çox yeməmiş olarsınız həm də çox ac qalmazsınız. Araşdırmalara görə, bu üsulla insanlar kifayət qədər artıq çəkilərindən xilas ola biliblər.
2 – Alternativ üsul isə hər gün çəkilən aclıqdır. Bu üsula görə müəyyən günlər ac qalmaq, digər günlərdə isə yemək lazımdır. Aclıq günlərində vücudun enerji ehtiyacının sadəcə 25-30 faizini qazanmaq lazımdır. Bu da 500 kalori deməkdir.
3 – 5:2 üsulu. 7 gün ərzində 2 gün ac qalmaq gərəklidir. 5 günü normaq qidalanma, aclıq günlərində isə 500-600 kalori alınmalıdır.
4 – 16/8 üsulu. 24 saatın bölgüsü - Gün ərzində 16 saat ac qalmaq lazımdır. Həmçinin sadəcə 8 saatda isə bir dilim çörəklə qida yemək mümkündür. Yemək axşam saat 8-ə qədər mümkündür. Qəbul edilən daha az kalori nəticəsində isə arıqlamaq mümkündür.
Həmçinin pəhrizlə yanaşı arıqlamaq üçün idman hərəkətləri də unudulmamalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1