Dil:
Azərbaycanca
Vaginada yaranan quruluğun səbəbləri
30 May 2018 17239Vaginal quruluq bir çox qadınların başına gələ bilən problemdir.
Mütəxəssislər cinsi münasibətdən sonra qadında yaranan vaginal quruluğun səbəblərini araşdırıblar.
Klimaks öncə yaranan quruluq qadınların yarısına təsir edir.
Ostrogen səviyyəsindəki azalma vagina divarını incəldir və daha quru hala gəlməsinə səbəb olur.
Hamiləlikdən qoruyan dərman preparatları da quruluğun digər səbəblərindəndir. Belə dərmanlar vücudun istehsal etdiyi ostrogen və testesteron hormonlarını aşağı saldığı üçün vaginal quruluq yaranır.
Dərmanlardan alınan süni hormonlar vücudun özünün yaratdıqlarına zərbə endirir. Bu hətta klimaksı belə tezləşdirə bilər.
Soyuqlama və ya qrip vücudda su itkisinə səbəb olur. Bu da vaginada quruluq meydana gətirir.
Xəstəlik zamanı qəbul edilən dərmanlar da bu quruluğu daha da artıra bilir. Xəstəlik bitən zaman isə problem ortadan qalxır.
Doğuşdan sonra da bu narahatçılıq yarana bilər. Çünki doğuşdan sonra ostrogen səviyyəsindəki dəyişiklik anada quruluğa səbəb olur.
Eyni zamanda əmizdirən analarda da prolaktin artışı ostrogen və testesteron hormonlarını aşağı salar və bu da quruluq yaradar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1