Dil:
Azərbaycanca
Uşaqlarda istivurma hallarına diqqət edin
15 Avqust 2018 8860İsti günlərdə ən çox baş verən hadisələrdən biri günvurmadır. Həmçinin isti ortamlarda qalmaq istivurma hadisələrinin riskini də artırır. Belə havalarda xüsusilə də uşaqları qorumaq lazımdır.
Günorta saatlarında uşaqları çox oyun oynamağa icazə verməyin.
Gəzintilər üçün axşam saatlarını seçin.
Uşaqların susamasını gözləməyin. Vücudu susuz qoymayın. Bunun nəticəsində istivurmadan müəyyən qədər qoruya bilərsiniz. 1-3 yaşlı uşaqlar susuz qaldığını anlamaya bilər. Bu səbəbdən siz ona daha çox su verin. İlk 6 ay ərzində isə körpələrə ana südü verin. Əlavə hazır yemək yeyən körpələrə isə 2-3 çay qaşığı qədər su verillə bilər.
Günəşə çıxmazdan 30 dəqiqə öncə günəş şüalarından qoruyan kremlər çəkin.
Uşaqlarınızı çölə çıxaran zaman şapkalardan və eynəklərdən istifadə edin.
Tez-tez duş qəbul etdirin. Gündəlik duş qəbulu bədənin daha sərin qalmasına kömək edir.
Qeyd edək ki, əgər baş gicəllənməsi, qızdırma, qusma halı müşayiət edilirsə təcili həkimə müraciət edin. Günvurma ölümlə belə nəticələnə biləcək qədər təhlükləli ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1