Dil:
Azərbaycanca
Uşağınızla tez-tez dalaşırsınızsa
19 Aprel 2020 9789Bir çox ailənin öz övladları ilə münasibətlərində problemlər mövcuddur. Bunun bir qismi düzgün münasibət quramamaqdan, bir qismi isə uşağın hər dediyini valideynin etməsindən qaynaqlanır
Bəs bu mövzuda psixoloqlar nə deyir?
1 - Uşağınız ilə mübahisə etdiyiniz zaman ilk olaraq özünüzü uşağınızın yerinə qoymağa çalışın. Yəni empati qurun. Belə vəziyyətlərdə uzlaşma yolunu seçməlisiniz. Beləliklə daha çox ona kömək etmiş olarsınız.
2 - Əsəbinizi nəzarət altına alın. İdarə etmək, hirs duyğusunun, bir davranışa çevrilərək ortaya çıxmasına maneə ola biləcək davranış tərzidir. Çünki bu duyğu digərləri kimi hər genetikada var. Əslində idarəsi çox çətindir anidən gəlir və tənzimləmək mümkün olmaya bilir. Əsas olan əsəb duyğusunun zərərverici hal almasından qorumaqdır.
3 - Siz sakitləşin ki uşağınız da sakitləşsin. Hirs və əsəb nəzarətə gec uyğunlaşan duyğulardır. Ən çirkin forması da bunu qışqırıq formasında üzə vurulmasıdır. Uşaqlarınızın müəyyən bir şəkildə düşüncələrini, hissiyatlarını, davranışlarını müəyyən etməlisiniz. Ancaq hansı davranışlara normal baxacağınızı, hansı davranışların nəticələrinin mənfi olacağını qəti şəkildə ortaya qoymalısınız. Bu şəkildə uşağınız, hansı davranışın, hansı nəticə ilə sonlanacağını yaxşı biləcək və bunu qəbul etməsi bir o qədər asan olacaq. Bu səbəbdən öncə özünüzü sakitləşdirməli, daha sonra onunla sakit bir şəkildə danışmalısınız. Uşağınıza sakit ola bilməyin yollarını kəşf etdirməlisiniz.
4 - Empati anlayışınızı inkişaf etdirərək uşağınıza nə üçün o formada davrandığınızı izah etməyə çalışın. Ən çox əsəbləşdiyiniz mövzuları, vəziyyətləri ounla danışın. Uşağınızı anlamaq üçün dinləyin.
5 – Hər yaşın öz dövrü var. Unutmayın ki belə hallar daimi qalmayacaq. Hər yaş dövrünün özünün kaprizləri var. Bu sınağı isə sizin köməyinizlə zərərsiz başa çatdırmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1