Dil:
Azərbaycanca
Uşağınız oxumağı və yazmağı bilmirsə...
28 Sentyabr 2018 13400Bəzi uşaqlarda müşahidə edilən oxuma pozuntusu, diqqət əksikliyi və s kimi problemlər əksər zaman ailələrin diqqətindən qaçır. Mütəxəssislər bu barədə valideynləri diqqətli olmağa çağırır.
Mövzu ilə bağlı türkiyəli psixoloq Arslan Özcanlı məlumat verib. Psixoloqun sözlərinə görə, əgər uşaqlarda rahat yazma, oxuma yoxdursa şübhə duyulmalıdır. Bu zaman uşağa zəka testi etdirilməlidir. Adətən uşaqlar riyazi hesablarda daha çox çətinlik çəkirlər.
Uşaqların bəziləri hərfləri qarışdırma problemini yaşayırlar. Belə ki, b-d, ve-ev və m-lərin n kimi oxunmağı mümkündür.
Yaranan problemləri adətən 3 yaşından sonra təsbit etmək mümkündür. Oxumada olduğu kimi yazmada da çətinliklər yarana bilər.
Problemi fərq edilməyən uşaqlar, məktəbi buraxmaq məcburunda qalırlar. Bəzən isə uşaqlarda yazıları tərs oxumaq kimi xüsusiyyət formalaşır.Bu vəziyyət ana ata tərəfindən aşkar edilmədiyi zaman çox çətin hal alır. Azyaşlı dərsləri oxuya bilmir, valideyn isə dərində yatan əsas səbəbi anlamır. Nəticədə isə uşaqlar məktəbi tərk etmək məcburunda qala bilirlər. Belə uşaqların bir qismi tamamilə müalicə edilərək düzəldilir. Müalicə psixoloq, pedaqoqlarla birlikdə aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1