Dil:
Azərbaycanca
Uşağınızın immunitetini belə qoruyun
06 İyun 2020 9381İmmunitet sisteminin zəif olması xəstəliklərin yaranma riskini artırır. Xüsusilə də məktəbə gedən uşaqlar bu məkanda çox vaxt keçirdikləri üçün daha tez xəstələnirlər. İmmunitet sistemini gücləndirməyin ən vacib yolu doğru və düzgün qaydada qidalanmaqdır. Memorial Ataşehir Xəstəxanasının həkimi Dilara İsmayıloğlu, uşaqlarda immunitetin gücləndirməyin yollarından bəhs edib.
Sarıkök və zəncəfili, ev üsulu hazırlanan qatıqla birlikdə istifadə edin.
Həm zəncəfil, həm də sarıkökün saysız faydası mövcuddur. Qatıq uşaqlar üçün təbii antioksidantdır. Hər gün 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil və 1 çay qaşığı sarıkök əlavə edərək uşaqları xəstəlikdən qoruya bilərsiniz.
Uşağınıza kivini bəhməzlə yedizdirin.
Kividə digər meyvələrdən daha çox C vitamini mövcuddur. Bu meyvə uşağınızın vücudunu mikroblara qarşı qoruyaraq gücləndirir. Həmçinin C vitamini vücudda dəmir mineralının sovrulmasını artırır. Dəmir əksikliyi yaşayan uşaqlara kivinin üzərinə bəhməz tökərək verin. Bəhməzin tərkibində də dəmir çoxdur.
Balın təsirini arı südü ilə artırın.
Çünki maddələr mübadiləsini gücləndirir. Arı südünü hər səhər 1 çay qaşığı bal ilə qəbul edin. Arı südünü 3 yaşından kiçik uşaqlarda istifadə etmək istənilməyən nəticələr doğura bilər.
Balıqla uşağınızın həm zehnini həm də immunitetini qoruyun.
Balıq güclü antiokdantdır. Həftədə 2-3 dəfə yemək tövsiyə edilir. Bununla yanaşı, qoz, fındıq, badam yeməyiniz məsləhət edilir.
Yumurta immuniteti qoruyan vitamin qaynağıdır.
Ana südündən sonra vücudun ehtiyac duyduğu ən yaxşı protein qaynaqlarından biridir. Həmçinin dəmir qaynağıdır. A,D,E, B12 vitaminləri ilə zəngindir. Müxtəlif yeməklərə qatılaraq hər gün 1 yumurta istifadə edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1