Dil:
Azərbaycanca
Alimlərin fikrincə, ən təhlükəli, müsbət dinamikaya malik xəstəliklər hec də xərçəng və HİV deyil. Əslində bu, piylənmədir. Hazırda təkcə ABŞ əhalisinin 80%-i bu xəstəlikdən əziyyət çəkir və əksər halda bu qastroenteroloji problem qeyri-düzgün qidalanma ilə əlaqədardır.
Piylənmə elə bir xəstəlikdir ki, ürək-damar patologiyası, dayaq-hərəkət apparatında disfunksionallıq, sidik-cinsiyyət sistemi xəstəlikləri, eləcə də onkoloji xəstəliklər yarada bilir.
Piylənmədən əziyyət çəkən insanların statistikasına görə, ABŞ liderdir. Belə ki, burada piylənmədən əziyyət cəkən, lakin bu problemi qəbul etməyən insanların sayı ilbəil artır.
Alimlərin fikrincə, təhlükəli xəstəliklər arasında ikinci yeri alkoqolizm və narkomaniya tutur. Bütün ölkələrdə bu xəstəliklərin profilaktik tədbirləri və müalicə metodları getdikcə yaxşılaşsa da, problem azalmır.
Piylənmədə olduğu kimi, alkoqolizm və narkomaniya da ürək-damar patologiyası, daxili orqanların disfunksiyası, hətta ölümə səbəb ola bilər.
Üçüncü yerdə ürək-damar sistemi xəstəlikləri və şəkərli diabet durur. Qeyd etmək lazımdır ki, bu tədqiqatın göstəriciləri tək ABŞ-də yox, digər ölkələrdə də aktualdır. Onu da vurğulayaq ki, bu problemlərin yaranması və ondan sonra yaranan ağırlaşmalar pasiyentlərin günahı ucbatından baş verir. Sadəcə sağlam qidalanma, eləcə də, vaxtında aparılmış müalicə tədbirləri yuxarıda qeyd onunan patoloji proseslərin qarşısını ala bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1