Dil:
Azərbaycanca
Toz zəncəfilin faydaları
08 Oktyabr 2018 16103Toz zəncəfilin hazırlanması son zamanlar internetdə ən çox axtarılan mövzular sırasında yer alır. Toz zəncəfil infeksional xəstəliklərə, saç xəstəliklərinə qarşı effektlidir.
Qrip və soyuqdəymə zamanı təsirlidir. Həmçinin dəri sağlamlığı zamanı da çox istifadə edilir.
Zəncəfil tozu uzunmüddət saxlanıla bilər.
Bəs toz zəncəfildən necə istifadə edilir.
Toz zəncəfildən ədviyyat olaraq yeməklərin içərisində də istifadə edilir.
Bitki çayının hazırlanmasında da bu tozdan geniş istifadə edilir. Hazırlanan çayın içərisinə razyana, darçın da əlavə edə bilərsiniz.
Çörələrin hazırlanması zamanı da toz zəncəfildən istifadə edilə bilər.
Bu bitkinin tozundan əmizdirən analar da istifadə edə bilər. Çünki ana südünün artması baxımından təsirlidir.
Xoş dadı olduğu üçün şirniyyatların hazırlanmasında da istifadə edə bilərsiniz.
Bulantı, qusma müalicəsində də istifadə edilir. Belə ki, hamiləlik, kimya terapiya zamanı qusma halları daha çox olduğundan bu tozdan istifadə edilir. Aparılan araşdırmalar da bu məlumatı təsdiq edir.
Arıqlamağa kömək edir. Zəncəfil tozundan hazırlanan çayın içərisinə limon da əlavə edə bilərsiniz.
İmmunitet sisteminizi qoruyur.
Miqren ağrılarında da effektlidir. Bunun üçün ilıq suya 2 xörək qaşığı toz zəncəfil əlavə edib için. Bu, ağrılarınızı azaldacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1