Dil:
Azərbaycanca
Onu bağışlamaq olarmı?
12 Noyabr 2018 13552Xəyanət - heç kimin üzləşmək istəmədiyi murdar bir hərəkət! Fərq etməz, ailəyə, dosta və ya Vətənə xəyanət. Elə hallar var ki, xəyanəti qətiyyən bağışlamaq olmaz. Amma bəzən, bu hadisəni başqa prizmadan nəzərdən keçirmək olar və lazımdır.
Müasir dövrdə xəyanət üzündən dağılan ailələrin sayı dəfələrlə artıb. Buna səbəb, əsasən, kişi xəyanəti olur (bəlkə də təbiətcə poliqam olduqları üçün).
Kişilər adətən, xəyanətlərini hər vəchlə gizlətməyə çalışırlar. Lakin el dili ilə desək, belə hərəkətin “40 gün ömrü olur”.
İfşa olunduğunu görən kişi etdiyi xəyanətə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxır, ümid edir ki, “əzizim, sərxoş idim”, “mənim günahım yoxdur”, “o, mənim üçün heç bir əhəmiyyət kəsb etmir” kimi ifadələr imdadına çatacaq. Bu, o deməkdir ki, kişi ona doğma olan qadınına böyük dəyər verir, onu itirməkdən qorxur. Bəs görəsən, qadınlar üz döndərməzdən əvvəl xəyanətin səbəbini araşdırmağa çalışırlarmı? Təəssüf ki, çox zaman yox.
Bəlkə münasibətlərdə nə isə çatışmır? Görəsən çatışmayan nədir? Xəyanətin motivi nə olub? Münasibətləri davam etdirmək olarmı? Əgər olarsa, necə?
Dəyərli xanımlar, bu suallara cavab tapmaq üçün eşitmək və eşidilməyi, ən kiçik anlaşmazlıqları və inciklikləri dilə gətirməyi, istək və arzuları açıq bildirməyi öyrənin. Başa düşün ki, od olmasa, tüstü çıxmaz. Yarınızı itirməyə tələsməyin!
Biz bu məqalə ilə qətiyyən kişi xəyanətinə bəraət qazandırmaq istəmirik. Sadəcə, qadınlara tövsiyə edirik ki, qəti qərar verməzdən əvvəl situasiyaya müxtəlif prizmalardan yanaşsınlar. Bax burada əsl qadın müdrikliyi göstərməyin əsl yeridir!
P.S. Yəqin inanmayacaqsınız, amma təcrübədə elə hallar olub ki, kişi öz qadınına başqa xanımlar haqqında düşündüyünü deyib və qadın onu olduğu kimi qəbul edib. Nəticədə münasibətlərdəki ehtiras və bağlılıq artıb, xəyanət etmək istəyi itib.
(Qadın xəyanəti haqda növbəti postlarda)
BƏS SİZ KİŞİ XƏYANƏTİNİ NECƏ DƏYƏRLƏNDİRİRSİNİZ?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1