Dil:
Azərbaycanca
Toyuq əti alanda bunlara diqqət edin
27 İyun 2018 10276Toyuq ətinin saxlanılma şərtləri olduqca vacibdir. Əks təqdirdə asanlıqla pozula bilər. Pozulan toyuq əti isə ciddi problemlərə səbəb ola bilər. Son zamanlar zəhərlənmələrin başında məhz toyuq ətindən doğru istifadə edilməmək durur.
Açıqda satılan toyuqların alınması mütəxəssislər tərəfindən tövsiyə edilmir. Alan zaman etiketinin olmasına və son istifadə tarixinin göstərildiyinə əmin olmalısınız. Əgər son istifadə tarixinə 3 gün qalıbsa almağınız məsləhət deyil.
Aldığınız toyuğun rənginə fikir verin. Bunu rəngindən anlamaq mümkündür. Çəhrayı rənglə bəyaz olan toyuğun əti sağlam toyuqdan xəbər verir. Ancaq dərisi sarıya çalan və boz rəngə çevrilən toyuq ətinin istifadəsi düzgün hesab edilmir.
Toyuğun pozulub-pozulmadığını anlamaq üçün iyləməlisiniz. Xarab olmağa başlayan toyuq ağır, turşuya bənzər iy verər.
Toyuğun özünə də diqqət yetirilməlidir. Əgər toyuğun üzərində yapışqan maye varsa bu zaman istifadəsi doğru deyil. Zəhərlənmələrə səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1