Dil:
Azərbaycanca
Çiyin ağrılarının səbəbi nədir?
05 İyul 2020 15008Bel, boyun, diz ağrılarından sonra ən çox görülən oynaq ağrıları arasında çiyin nahiyəsi durur. Ağrının bir çox səbəbi ola bilər. Burada əsas diaqnozu düzgün qoymaq və müalicəni davam etdirməkdir. Bu barədə türkiyəli həkim Fəridə Süslü məlumat verib.
Bəs ağrının səbəbləri nədir?
Qol yuxarı qaldırıldığı zaman bıçaq batırmış kimi ağrı yaranırsa, adi əşyaları qaldırarkən, istiqamət dəyişən zaman belə ağrı yaranırsa bu əzələ yırtılmasının səbəbi ola bilər.
Geyinən və soyunan zaman çiyin hərəkətlərində yaranan axsaqlıq varsa və əlinizi kürəyə qədər çatdıra bilmirsinizsə bu, çiyin donmasına işarət edir.
Çiyin ətrafında əzələlərdə görülən sinir zədələnməsi ilə əlaqədar çiyin ağrıları baş verə bilər. Bu zaman əzələ gücü də zəifləyir.
Daxili orqanlarda görünən xəstəliklərlə də bağlı olaraq çiyin ağrıları yarana bilər. Sinə xəstəlikləri, ağciyər və öd kisəsi xəstəlikləri çiyin ağrılarına səbəb ola bilər.
Pəncərə silmək çiyin nahiyəsində də ağrı yarada bilər. Çiyin oynaq ağrıları akut və xronik olaraq iki yerə bölünür. Akut ağrılar, zərbə, düşmə, çiyində qırıq və çıxıqlardan sonra meydana gəlir. Bəzən də travmadan dərhal bir neçə həftə sonra ortaya çıxa bilər. Bu travma hər zaman ciddi bir zərbə olaraq düşünülməməlidir. Pəncərə silmə və ağır yük qaldırandan sonra akut çiyin ağrısı başlaya bilər. Bu ağrılar adətən şiddətli olub çiyinin hər növ hərəkətində artar. Xronik çiyin ağrıları isə uzun zaman ərzində yavaş-yavaş inkişaf edər.
Bəzi xəstəliklər çiyin ağrılarını daha da şiddətləndirə bilir:
Ürək-damar xəstəliyi, xronki ağciyər xəstəliyi, şəkər xəstəliyi, boyun xəstəlikləri, uzunmüddət hərəkətsizlik. Bu vəziyyət donuq çiyin olaraq adlandırılır. Xüsusilə 40 yaşdan sonra və qadınlarda görülə bilər. Əlamətlər başlanğıcda qabarıq olmaya bilər. Müalicə səbr və əzmlə davam etdirilməlidir.
Akut ağrılar necə dayandırıla bilər?
Bu zaman buz kompresi əhəmiyyət kəsb edir. Çiyin mümkün olduğu qədər az istifadə edilməlidir. Ağrıkəsici gün ərzində 3-5 dəfə, 15 dəqiqə ərzində də buz tətbiq edilməlidir.
Bəs çiyin ağrılarının qarşısını necə almaq olar?
Ağrı yoxdursa əllər gündə ən az bir dəfə başa, kürəyə qoyulmalıdır.
Ağrı olan tərəfdə yatılmamalıdır.
Oturan zaman qollar dəstək üzərinə qoyulmalıdır.
Ağır yük daşımamalıdır.
Həkimin tövsiyə etdiyi çiyin hərəkətləri gündə 2 dəfə təkrarlanmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1