Dil:
Azərbaycanca
Bir qrup alim apardığı praktik tədqiqatlardan sonra belə qənaətə gəlib ki, xroniki təngənəfəslik (6 aydann çox davam edərsə, xroniki sayılır) ürək-damar və ya tənəffüs sistemi patologiyaları simptomu ola bilər. Bunu yoxlamaq üçün alimlər təcrübə keçiriblər.
Məlum olub ki, xroniki təngənəfəsliyi olan adamların 60%-nə ürək-damar sistemi xəstəlikləri və ya onlara meyillilik diaqnozu qoyulmuşdur. Bundan başqa, onların bəzilərinə ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu qoyulmuşdur.
O da müəyyən edilmişdir ki, xroniki təngənəfəsliyi olan insanların həyat keyfiyyəti bu cür patologiyası olmayanların həyat keyfiyyətindən əhəmiyyətli dərəcədə pisdir. Bundan başqa, insanların yarısına obstruktiv ağ ciyər çatışmazlığının gizli forması diaqnozu qoyulmuşdur. Alimlərin fikrincə, təngənəfəslik ürək-damar xəstəlikləri inkişafı baxımından qeyri-stabil arterial təzyiqdən heç də az risk faktoru deyil.
Bundan başqa, sözü gedən simptom tənəffüs sistemi nahiyəsində ciddi patoloji proseslərin inkişafına da dəlalət edir.
Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən xəstəliklərə və təngənəfəsliyə artıq çəki də səbəb ola bilər. Ona görə də tədqiqatçılar çəkinizi və ümumilikdə səhhətinizi daim nəzarətdə saxlamağı tövsiyə edirlər.
Əgər görsəniz ki, həmişəki fiziki yüklənmələrin öhdəsindən səbəb olmadan çətinliklə gəlirsiniz, yubanmadan mütəxəssisə müraciət edin. Bu, istənilən yaş kateqoriyasına aiddir. Alimlər qeyd edirlər ki, son zamanlar ürək-damar patologiyaları gənc insanlarda da tez-tez rast gəlinir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1