Dil:
Azərbaycanca
Sumax çayının faydaları
05 Oktyabr 2018 14290Sumax çayı, bu ədviyyatdan əldə edilən çay növüdür. Sağlamlıq cəhətdən isə bir çox faydaları mövcuddur.
Xroniki farengit və ya xroniki öskürəyiniz varsa, bu çaydan rahatlıqla istifadə edə bilərsiniz.
Təbii antioksidant və C vitamini qaynağıdır.
Bu çayın hazırlanması isə çox sadədir. Hər kəs tərəfindən asanlıqla hazırlana bilər.
Antibakterial təsiri mövcuddur.
Boğaz ağrısı, yanması kimi şikayətləriniz olarsa, bu çay həmin problemə effektli təsir göstərir. Bu kimi şikayətlər üçün bir stəkana 1 şirniyyat qaşığı üyüdülmüş və ya bir neçə ədəd sumax qoyun. Üzərinə isə qaynar su tökün. 5 dəqiqə kimi dəmləyin. 1-2 damla kəklikotu yağı da 5 dəqiqəlik dəmləmədən sonra əlavə edilə bilər. Bu yağ sumaxla bərabər çox faydalıdır.
Əgər dadını sevməsəniz bal da əlavə edə bilərsiniz.
Boğaz ağrıları zamanı bu çaydan qarqara kimi də istifadə etməyiniz mümkündür. Bu müalicə üsulu 3-5 gün davam etdirilməlidir. Hər gün yeni çay dəmləməyiniz tövsiyə edilir.
Bəzi orqanizmlərdə sumax allergiya verə bilər. Bu səbəbdən əgər allergiyanız olarsa istifadə etməyin.
Ürək xəstəlikləri zamanı effektlidir.
Aparılan araşdırmalara görə, diabet xəstəliyinin qarşısının alınmasında da effektlidir.
Dərini və qaraciyəri qoruyur.
İnfeksional xəstəliklərə qarşı effektlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1