Dil:
Azərbaycanca
Seks qurbanları və ya mental tabu
23 Noyabr 2018 8754İki gəncin qarajda, avtomobilin içərisində sekslə məşğul olarkən həyatlarını itirməsinin ictimaiyyət arasında böyük rezonans doğurduğunu yəqin ki, xatırlyayırsınız.
Ölüm səbəbi kimi avtomobildə kondisionerin işləməsi göstərilmişdi. Bəli, qapalı məkanda kondisionerin və ya sobanın işləməsi insan orqanizmi üçün çox təhlükəli ola bilər.
Məlumdur ki, avtomobilin qızması və ya soyuması üçün xüsusi mexanizm bayırdakı havanı salonun içərisinə sovurur – tənzimləmədən asılı olaraq, salonu soyudur və ya isidir. Bu proses nəticəsində dəm qazı (CO) ayrılır və qapalı məkanda zəhərlənmə verə bilir.
Dəm qazı rəngsiz və iysiz olduğundan onun ilkin təsiri hiss olunmur. CO, funksiyası oksigeni orqanizmə daşımaq olan hemoqlobinlə birləşir və nəticədə hemoqlobin orqanlara oksigen əvəzinə zəhərli dəm qazını daşıyır, bu isə bəzən ölümlə nəticələnir.
Bu, baş vermiş faciənin tibbi izahıdır. Lakin gənclərin belə şərtaitdə ölməsinin bəzi sosial səbəbləri də var.
Yəqin ki, çoxunuz mentallıqdan, milli adət-ənənələrdən danışıb, bizi qınayacaqsınız. Amma nəyə görə yetkinlik yaşına çatmış iki gənc sekslə məşğul omaq üçün qarajda - maşının içərisində, tində-bucaqda gizlənməlidir? Onlar kimdən qorxurlar? Hansısa qanundan? (qanun yetkinlik yaşına çatan adamların qarşılıqlı razılıqla intim əlaqədə olmasını qadağan etmir). İctimayi qınaqdan? Mentallıqdan? (şəhərin mərkəzində əxlaqsızlığın baş alıb getdiyi bir dövrdə hansı mentallıqdan danışmaq olar?). Biz bu sualların cavabını bilmirik.
Bilisinizsə, siz deyin! Bu gəncləri kim öldürdü - dəm qazı, yoxsa mental tabu?
P.S. Soyuq aylar yaxınlaşır, ona görə də qapalı şəraitdə mühərriki işləyən avtomobilin istilik sobasını işə salmayın!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1