Dil:
Azərbaycanca
Alimlər müəyyənləşdiriblər ki, saunaya müntəzəm getmək insan orqanizmi üçün çox faydalıdır və bəzi təhlükəli xəstəliklərin qarşısını alır. Bu, həm də ömrü xeyli dərəcədə uzadır və erkən ölümün də qarşısını alır. Ekspertlər bu nəticəyə 1600 kişinin həyat tərzini və sağlamlığını 20 il öyrəndikdən sonra gəiblər. Əvvəlcə müəyyənləşdirilib ki, həftədə 4-7 dəfə saunaya getmək damar tonusu göstəricilərini, eləcə də hipertonik xəstəliyin yaranma riskini 50% aşağı salır. Buna səbəb yuxarı temperaturların ürək ritmini artırması və qan damarlarını genişləndirməsidir.
Bu isə məlum olduğu kimi, qan dövranı prosesini yaxşılaşdırır. O da məlum olub ki, saunaya getmək ağ ciyərlərdə iltihab yaranmasının və respirator xəstəliklərin yaranması şansını azaldır. Buna isə səbəb orqanlarda mayenin toplanmasının əngəllənməsi və onların ventelyasının normallaşmasıdır. Bundan başqa, elmi araşdırmalar göstərib ki, sauna həvəskarları ürək-damar problemləri və insultdan daha az əziyyət çəkirlər, “qazanılmış ağıl zəifliyi” diaqnozundan daha uzaq olurlar.
Qeyd olunmuş müsbət keyfiyyətləri saunaya gedən xanımlara da şamil etmək olar. Lakin burada bəzi istisnalar da var. Belə ki, xanımlara saunaya həftədə 3-4 getmək tövsiyə olunur. Eləcə də hamiləlik və menstruasiya dövründə saunaya getmək qəti qadağandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1