Dil:
Azərbaycanca
Səhərlər yaranan baş ağrılarının səbəbləri
01 İyun 2018 9083Əksər insan səhərlər oyandığı zaman baş, boyun, göz nahiyələrində ağrılarla qarşılaşa bilər. Adətən səhərləri yaranan baş ağrıları həmçinin digər bir sıra xəstəliklərin səbəbi ola bilər. Bu səbəbdən səhərlər yaranan baş ağrıları gözardı edilməməlidir.
Yüksək təzyiq – hipertəzyiq xəstələrinin tez-tez şikayətçi olduğu mövzuların başında səhərlər yaşadıqları baş ağrıları gəlir. Yuxu əsnasında funksiyalar minimum səviyyəyə enir, vücud isə dincəlir. Bu zaman isə qan təzyiqi aşağı düşür. Bu da hipertəzyiq xəstələrinin şiddətli bir şəkildə baş ağrısı ilə günə başlamasına səbəb olur.
Gizli depressiya da ağrılara səbəb ola bilər.
Depressiya xəstələri səhərlər oyanmaqda çətinlik çəkirlər. Təkrar yatdıqları zaman isə baş ağrıları yaranır. Stress kimi hallar da bu vəziyyəti daha da gücləndirə bilər.
Xoşbəxtlik hormonu olaraq adlandırılan endorfin səviyyələrindəki uyğunsuzluqlar beyinə gedən damarlarda daralmağa və sıxlığa səbəb olur. Bu da səhərləri şiddətli şəkildə baş ağrılarına səbəb olur.
Uyğun olmayan yastıqlar da səhərlər ağrıları gücləndirə bilər. Yastıqların sərtliyi və yüksəkliyi problemləri yaradan hallardandır.
Göz təzyiqi əksər insanlarda görünən problemdir. Bu gizli irəliləyən xəstəlik olduğundan diqqət edilməlidir. Gözdə olan sinirlər adətən gücsüzləşdiyi üçün gecədən sonra günün ilk işıqları ilə birlikdə göz ağrıları yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1