Dil:
Azərbaycanca
Süd hansı xəstəlikləri sağaldır?
28 Mart 2018 8835Süd tərkibindəki yüksək protein səbəbi ilə çox faydalı içkidir. Uşaqların zəka və fiziki inkişafına faydası olan süd, hər bir vətəndaşın sağlamlığı üçün vacibdir.
Dünya süd təşkilatı südün hansı xəstəliklər zamanı daha çox faydalı olduğunu açıqlayıb:
– Südün təkibində beyin inkişafında təsirli olan yod, dəmir, sinko, asid, B12, B6, E, A vitaminləri mövcuddur. Bu səbəbdən beyin inkişafı üçün süd çox vacibdir.
– Uşaqların sümüklərinin inkişafı üçün süd çox vacibdir. Körpələrin bir yaşından sonra inək südü tövsiyə edilir.
– Mütəxəssislər südün hər gün mütəmadi olaraq içilməsi mühümdür.
– Ürək xəstəlikləri riskini azaldır.
– Südün tərkibində qan təzyiqini aşağı salan protein, fosfor kimi vücud üçün önəmli qida dəyərləri mövcuddur. Süd, yüksək təzyiqi tənzimləyir, ürək xəstəliklərinin qarşısını alır.
– Qripə qarşı qalxan rolunu oynayır.
– Həmçinin qış aylarında maddələr mübadiləsinin zəifləməsi ilə üst tənəffüs yolu infeksiyaları zamanı qoruyucu vasitədir. Mütəmadi süddən içərək özünüzü soyuqdəymədən, qripdən qoruya bilərsiniz.
– Süddəki melatonin, B6, B12 vitaminləri yuxunu tənzimləyir. Keyfiyyətli yuxu üçün südü uşaqlardan yaşlılara qədər hər kəs mütləq içməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1