Dil:
Azərbaycanca
Ramazan ayında yeyilən xurmanın faydaları
24 May 2018 7110Ramazan ayı gəldiyində ilk ağla gələn qidalar arasında xurma gəlir.
Əslində isə xurma sadəcə Ramazan ayında deyil ilin hər ayında istifadə edilir. Tərkibindəki lif, potassium, dəmir, folik asid və kalsium ilə vücuda bir çox faydaları mövcuddur. Ancaq hər qidada olduğu kimi xurmada da ən vacib məqam doğru sayda yeməkdir. Çünki 3 ədəd orta boy xurma (45 qr) 60 kalori edir ki bu da 1 pors qədər edir.
Həzmi asanlaşdırır – Lif miqdarı yüksəkdir. 100 qramında 3,5 qram lif mövcuddur. Bu sayədə mədə şişərək həcm tutur. Mədəni də gec tərk etdiyi üçün toxluq hissi yaradır. Yüksək lif eyni anda bağırsaqları çalışdırır və qəbizlikdən xilas edir.
Dərini gəncləşdirir – antioksidan cəhətdən zəngin olan xurma hüceyrələri yeniləyir. Bu da dəri üçün çox faydalıdır. Yenilənən hüceyrə dərinin daha gənc görünməsini təmin edir.
Xurma dərinin ehtiyacı olan nəmi verir. Beləliklə dəri daha elastik olur. Tərkibində olan B vitamin isə dəridə yaranan yaraların daha sürətlə yaxşılaşmasını təmin edir.
Maqnezium əksikliyində tez-tez rastlanan əzələ krampları və əzələ ağrılarıdır. Xurma, tərkibində olan maqnezium sayəsində əzələlər güclənir. Gündə 2-3 ədəd xurma yeyərək gündəlik maqnezium ehtiyacınızı qarşılaya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1