Dil:
Azərbaycanca
Quru üzümün bilinməyən faydaları
16 Aprel 2018 8545Sağlamlıq vəziyyətinin qorunması üçün quru üzümün faydaları əvəzedilməzdir. Həzm problemi yaşayanlar da bu məhsuldan rahatlıqla istifadə edə bilərlər.
Gün ərzində itirilmiş enerjinin bərpası üçün 1 qəhvə fincanı qədər quru üzümdən yeməyiniz kifayətdir.
Kalsiumla zəngin olduğu üçün sümükləri qoruyur. Xüsusilə də sümük əriməsinə qarşı vücudu qoruyur.
Anrioksidandır. Bədəni oksigenlə təmin edir.
Problemsiz qidaların həzmi üçün qadınların gündəlik 25, kişilərin isə 35 qram lifə ehtiyacı var.
Həzm prosesi zamanı qəbizlik də ortaya çıxır. Bunun üçün 1 fincan quru üzüm yemək tövsiyə edilir.
Yüksək kalorili və şəkərli olduğu üçün pəhriz menyüsündə adətən istifadə edilmir.
Ancaq pəhriz zamanı şirniyat krizini təmin etmək üçün şokolad kimi boş kalorili qidaların əvəzinə quru üzümün istifadəsi daha faydalıdır. Bu vücuda enerji verərək şəxsin aclığını götürür.
Görməyi yaxşılaşdırır. Daha çox 50 yaşını keçmiş insanlarda ortaya çıxan sarı nöqtə xəstəliyindən qorunmaq üçün quru üzümdən istifadə ən yaxşı seçimdir.
Halsızlıq və yorğunluq zamanı bir ovuc qədər quru üzüm şəxsi bu dərddən xilas edəcək.
Öskürək üçün müalicəvi təsirə malikdir.Həmçinin boğaz ağrısına qarşı faydalıdır.
Çiban və sızanaq kimi problemlər zamanı da istifadə edilə bilər.
Maddələr mübadiləsini qüvvətləndirir.
Ağız qoxusuna müsbət təsir göstərir.
Yaralara qarşı effektlidir.
Həmçinin şiş əridici xüsusiyyəti var.
Qansızlıq və ishala faydalıdır.
Qaraciyər xəstəliklərinə qarşı qoruyur.
Uşaqların inkişafında uğurlu təsirə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1