Dil:
Azərbaycanca
Qoz suyunun faydaları
05 Oktyabr 2018 12876Qozun özü qədər suyu da faydalıdır. Aparılan bir çox araşdırmalarda qoz suyunun yeni xeyirləri aşkarlanıb.
Arıqladır – Protein tərkibi ilə vücudda yağların əridilməsini sürətləndirir. Beləliklə istənilməyən nahiyələrdəki yağ toplusuna təsir edir.
Maddələr mübadiləsini sürətləndirir. Arıqlamaq üçün hər gün ac qarnına bir stəkan qoz suyunun içilməsi tövsiyə edilir.
Xolestrini tənzimləyir – Ürək və damar xəstəlikləri üçün köməkçidir. Tərkibindəki folik asit, Omega 3 və maqnezium kimi vitaminlərlə infarkt riskini aşağı salır.
Tiroid üçün də faydalıdır. Əgər aşağı və yüksək tiroid probleminiz varsa, rahatlıqla qoz suyunu içə bilərsiniz. Bu tiroid göstəricilərini tənzimlənməsində effektlidir.
Xronik yorğunluğa faydalıdır – Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri azaldır.
Menstruasiya ağrılarında faydalıdır.
Qan şəkərini tənzimləyir və qan dövranını sürətləndirir. Beləliklə özünüzü daha enerjili hiss edə bilərsiniz.
Beyin fəaliyyətini gücləndirir – Buna səbəb içərisindəki vitaminlərdir. Həmçinin qoz suyu altsheymer xəstəliyi üçün effektlidir.
Uşaqlar üçün də yararlıdır – Əmizdirən qadınlar ya da hamilələrə qoz suyu tövsiyə edilir. Hamiləlik zamanı artıq çəki almağın qarşısını alır. Həmçinin uşaq üçün gərəkli olan vitaminlər də təbii yolla alınmış olur.
Həzm sistemini tənzimləyir. Qaz problemi və şişkinlik kimi narahatlıqların da qarşısını alır.
Yuxu problemini həll edər. Yuxu problemi olanlara qoz suyu tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1