Dil:
Azərbaycanca
Qocalmağı gecikdirən məhsullar
25 May 2018 7281Hər kəs gənc qalmaq istəyir. Qidalanmağınıza diqqət göstərərək qocalmağı gecikdirə bilərsiniz.
İspanaq – Araşdırmalar lutein tərkibli qidaları istifadə edən şəxslərin ömürlərinin 6 il qədər uzandığını bildiriblər. Göyərtiləri isə bıçaqla kəsmək vitaminlərini azaldır. Əlinizlə kəsib yediyiniz zaman lutein maddəsindən daha çox faydalana bilərsiniz.
Avodako – Tərkibindəki oleic asid adlı doymamış yağ asidlərindən olduqca zəngin meyvədir. Bu sayədə vücuddan pis yağlar qovulur. Vücudu yeniləyir. Dərinin erkən yaşlanmasının qarşısını alır.
Qoz, fındıq, badam – Omega 3 və omega 6 yağ asidləri, sinko ilə zəngindir. Üərk damar problemləri, qaraciyər funksiyalarının pozulması, şəkər xəstəliyi, saç tökülməsi, Parkinson, altsheymer kimi xəstəliklərə qarşı qoruyucudur.
Zeytun – Bədəni mənfi yağ asidlərindən qoruyur. Canlılıq verir. Tərkibindəki E və C vitaminləri günəşin zərərli şüalarından qoruyur. Dərini nəmləndirir.
Sarımsaq – Tərkibində olan allisin və sulfur adlı birləşmələr qan dövranını hərəkətə keçirir. Dərini daha parlaq və canlı edir.
Qabıqları ilə yeyilə bilən meyvələr – Alma, armud, heyva kimi qabıqları ilə birlikdə yeyilə bilən meyvələr, xolestrini tənzimləyir. Damarları zədələnmədən qoruyur.
Alma – Xolestrini aşağı salır. Sərbəst radikalların vücuddan atılmasını təmin edir və qocalmağı gecikdirir. Tərkibindəki A vitamin dəri xərçənginə qarşı yoluxma riskini azaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1