Dil:
Azərbaycanca
Qeysəriyyə əməliyyatından sonra yaranan problemlər
12 İyun 2018 36118Həkimlər qeysəriyyə əməliyyatını, göstəriş olmadan tövsiyə etmirlər.
Çünki bu əməliyyatın sağalma və yenidən hamilə qalmaq zamanı uzundur.
İlk günlərdə tikiş nahiyəsində şişlik yarana bilər. Həddindən çox şişlik, qızarma və göyərmə varsa içində qan toplanması yarana bilər. Bu vəziyyətdə dərhal həkimə müraciət edilməlidir.
Tikiş partlaması çox rastlanmasa da bəzən gerçəkləşə bilər. Burada qadının diqqətsiz olması, tikiş hissəni təmiz tutmaması bir sıra fəsadlar doğura bilər. Əgər tikiş çox açılıbsa bu zaman yenidən müdaxilə edilməlidir.
Tikiş qismində ağrı, uyuşma, qaşıntının olması normal haldır. Ancaq ağrılar uzunmüddətli davam edərsə artıq bu problemdən xəbər verir. Xüsusilə də dəri ucunda və sağ tərəfdə daha çox ola bilər. Həddindən çox ağrınız varsa həkiminə müraciət etməyiniz tövsiyə edilir.
Tikiş hissəsində qızarıqlıqlar ola bilər. Əgər qızarıqlıqla yanaşı axıntı da varsa, bu tikiş yarasının iltihablanması deməkdir. Bu vəziyyətdə həkimə müraciət edilməli kompres olmalıdır. Və ya ehtiyac duyularsa antibiotik müalicəsinə başlanılmalıdır. Bunların baş verməməsi üçün tikiş hissəsinin təmiz tutulması vacibdir.
Tikişlərin atıldığı ilk zamanlarda qanamaların görülməsi normal haldır. Ancaq xəstəxanadan çıxandan sonra qanama yenə də davam edərsə bu normal hal hesab edilmir. Yaraya baxılmalı və lazımi müdaxilələr edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1