Dil:
Azərbaycanca
Qarın ağrısına faydalı gələn üsullar
26 May 2018 103823Qarın ağrısı əksər zaman həzm və qəbizlik kimi problemlərdən meydana gələ bilər. Xüsusilə pəhriz edən insanlar qəbizlik zamanı qarın ağrısı ilə qarşılaşa bilərlər. Evdə bəzi üsullarla qarın ağrısından xilas ola bilərsiniz.
Qarın ağrısı əksər zaman qidalanma ilə bağlı ola bilər. Ancaq bəzən isə ciddi problemlərin xəbərçisi ola bilər.
Yəni bir çox səbəblər qarın nahiyyəsində ağrılara səbəb ola bilər.
Bəzi zamanlarda ağrı qarın bölgəsində yaranan problemlə bağlı yarana bilər.
Bu cür narahatçılıqlara aşağıdakılar daxildir:
– Əzələ gərginlikləri
– Sistit
– İdrar yolu infekiyası
– Xarici hamiləlik
– Qəbizlik kimi problemlərdən ötrü də qarın ağrısı da müşahidə edilə bilər.
Yüngül asidik olan isti su və limon suyu, həzm sistemini düzəldir, bağırsağın fəaliyyətini tənzimləyir.
Bunun üçün:
– Limon suyu
– 1 stəkan isti su lazımdır.
Bir limonun yarısını 1 fincan ilıq suya sıxın. Səhər oyandıqdan sonra və ya yatağa girməzdən öncə bu ilıq suyu için.
Bu formada gündə iki dəfə ilıq limon suyu içmək bağırsaq hərəkətlərinizi çalışdıraraq, qarın ağrısı probleminə müsbət təsir gəlir.
Ballı su üsulu da qarın ağrısını azaltmağa kömək edir.
Bu, bağırsaq hərəkətlərinizin sürətlənməsini təmin edir. Beləliklə qarın ağrısı azalır.
Bunun üçün:
– 1 xörək qaşığı bal
– 1 stəkan isti su
Bir stəkan ilıq suya 1 xörək qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Ballı ilıq suyu gündə iki dəfə, gecə yatmazdan öncə və səhər oyandıqdan sonra istifadə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1