Dil:
Azərbaycanca
Qarğıdalı saçağının faydaları
10 İyul 2018 13268Qarğıdalı yedikdən sonra bəzi insanlar qabığında qalan lif bənzəri sarı saçaqları saxlamırlar. Ancaq əslində bu saçaqlar bir çox insanın sağlamlığı üçün böyük nemətdir.
Xüsusilə də qarğıdalı saçaqları çayının bir çox faydaları mövcuddur. İlk olaraq C və K vitamini ,potasium, antioksidanla zəngindir. Ürək xəstəliklərindən tutmuş dəri xəstəliklərinə qədər müalicə zamanı istifadə edilə bilər.
Qan şəkərini aşağı salır. Yüksək təzyiqli insanlar üçün mükəmməldir. Vücuddakı insulin səviyyələrini artıraraq qan şəkəri səviyyəsini azaldır.
Gut xəstəliyini azaldır. Gündə 3 stəkan qarğıdalı çayı içərək başlayın. Ağrılarınızı azaldığını gördüyünüz zaman artıq 1 stəkan içə bilərsiniz.
Sidiyi tuta bilməmək problemi zamanı da effektlidir. Bu həm uşaqlarda həm də böyüklərdə görülən bir prosesdir. Mütəxəssislər problemdən əziyyət çəkənlərə gecə yatmazdan öncə 1 stəkan qarğıdalı saçağı çayı içməklərini tövsiyə edir.
Böyrək problemlərini müalicə edir. İdrara çıxarkən ağrı, idrar yolu infeksiyası, iltihabı kimi problemlərin müalicəsində effektlidir.
Həzmi asanlaşdırır. Bu çay həzmi asanlaşdıraraq yaranan problemlərin müalicəsi zamanı kömək edir.
Qanaxmağa nəzarət edir.
Bu çayın içərisində k vitamini mövcuddur. Xüsusilə hamilə qadınlar bu çaydan bol-bol içməlidirlər.
Dəri xəstəlikləri zamanı effektlidir. Dəridə yaranan səpkilər, çiban kimi problemləri müalicə edir. Həmçinin ağcaqanad dişləmələri zamanı ağrını, qaşınmanı yüngülləşdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1